Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Novruzda əfv fərmanı olacaq

Novruzda əfv fərmanı olacaq
Azərbaycanda Novruz bayramı ərəfəsində əfv olacaq. Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət həbsxanalarda dustaqların məhkəmə hökmlərinin toplamağa başlayıb. Əfv fərmanın hazırlıq bağlı məhkumların cinayət işi materialları, məhkəmə qətnamələri yığılır.


Dustaqların məhkəmə hökmlərinin yığılması barədə xəbər verən şəxs deyir ki, Novruzda əfv olacağı gözlənilir. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu da prezidentə əfvlə bağlı məktub göndərməyə hazırlaşır.



Müraciətdə siyasi və vicdan məhbuslarının azadlığa buraxılması xahiş olunur. Monitorinq Qrupunun siyahısında 10 siyasi məhbusun adı var, 15 məhbusun isə məhkəmə prosesi davam edir. Məlumatda deyilir ki, dustaqların məhkəmə hökmlərinin toplanması əfvlə bağlı işlərin başlanması deməkdir və çox güman ki, Əfv Komissiyasına təqdim olunacaq.



“Qafqazinfo” xəbər verir ki, məlumatı təsdiqləyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, prezidentə göndərdikləri siyahını mətbuata təqdim edəcəklər: “İnşallah, martda əfv olacaq. Gözləntimiz var və prezidentə də məktub yazmışıq. Həmin siyahı mətbuatda dərc olunacaq. Təbii ki, arzumuz vicdan məhbuslarının, siyasi məhbusların azadlığa çıxmasıdır”.



Məhkəmə hökmü olan siyasi məhbuslardan “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, siyasətçi Nemət Pənahlı, sabiq səhiyyə naziri Əli İnsanov, hüquqşünas Qurban Məmmədov, Müsavatın başqan müşaviri Yagidar Sadıqovun adlarını qeyd etmək olar. Həmçinin bloggerlər, inanclı məhbuslar, İslam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı Taleh Bağırov, Abgül Süleymanov siyasi məhbuslar sırasındadır.



Məhkəməsi davam edən Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədov, NİDA Vətəndaş Hərəkatı üzvləri var.



Hüquq müdafiəçilərinin fikrincə, barəsində məhkəmə hökmü olmayan məhbusların əfv edilməsi mümkündür. Bu, dövlət başçısının iradəsindən asılıdır.


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR