Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yaponiyada güclü qar səbəbindən 780 aviareys ləğv olunub

Yaponiyada güclü qar səbəbindən 780 aviareys ləğv olunub
Yaponiyada ikinci gündür yağan güclü qar nəticəsində bu ölkənin aparıcı aviaşirkətləri təxminən 780 aviareysi ləğv edib.


“Japan Airlines” (JAL) 320, “All Nippon Airlines” (ANA) isə 326 daxili aviareysi ləğv etmək məcburiyyətində qalıb.



“Skymark”, “StarFlyer” və digər aviaşirkətlər də reyslərini ləğv edib. Dəyişikliklər paytaxt Tokionun “Xaneda” və Yaponiyanın şimal-şərqində yerlənən “Senday” hava limanlarına aiddir.



Son məlumatlarına görə, qeyri-stabil hava səbəbindən 3 nəfər ölüb, 850 nəfər isə müxtəlif xəsarətlər alıb. Onların çoxunda əziklər müşahidə olunub.



Hal-hazırda Tokioda qarın qalınlığı 27 santimetr təşkil edir, bu isə son 45 ilin rekorduna yaxındır. Paytaxtdan 130 kilometr qərbində yerləşən Kofu şəhərində son 120 il ərzində ən güclü qar qeydə alınıb. Orada 1.14 metr qar yağıb. Güclü yağıntılar Senday və Fukusimada da müşahidə olunur.



Hazırda təxminən 170 min yaşayış evi elektrik enerjisiz qalıb. Tokiodan qərb istiqamətində avtomobillərin hərəkəti dayanıb, dəmir yolu fasilələrlə işləyir.



Bu, bir həftə ərzində Yaponiya paytaxtı ərazisində müşahidə olunan ikinci güclü qar yağmasıdır. Ötən həftənin istirahət günlərində qeyri-sabit hava nəticəsində 13 nəfər ölüb, 1 700 mindən çox insan xəsarət alıb.


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR