Sabiq nazir Misir Mərdanovun qardaşı Əli Mərdanova yeni vəzifə verilib. Ramil Usubovun əmri ilə sabiq nazirin qardaşı Şabranın polis rəisi təyin olunub.
Qeyd edək ki, polis polkovniki Əli Mərdanov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub.
Xatırladaq ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır.
***
"Qafqazinfo”ya daxil olan digər məlumata görə, Nərimanov Rayonunun Polis İdarəsinin rəis müavini Nadir Məmmədov isə Ramil Usubovun əmri ilə Yardımlıya polis rəisi göndərilib.