Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ötən il Göyçayda əsas kapitala 34,2 milyon manat investisiya yönəldilib

Ötən il Göyçayda əsas kapitala 34,2 milyon manat investisiya yönəldilib
2013-cü ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.


Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.



Ötən il Göyçayda həyata keçirilən quruculuq işlərini əks etdirən foto-şəkillərə və iqtisadi göstəricilərdən bəhs edən diaqramlara baxış olub. Rayon icra hakimiyyətinin başçısı Mansur Məmmədov məlumat verərək bildirib ki, hesabat dövründə sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 34,2 milyon manat investisiya yönəldilib. Bu vəsaitin 86,1%-i istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilib.



Ümumi məhsul buraxılışının həcmi isə 2012-ci ilə nisbətən 5,1% artaraq 225,9 milyon manat olub. Sosial problemlərin həlli məqsədilə 4 kəndə təbii qazın verilişi bərpa edilib. Şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində də xeyli işlər görülüb. Rayon mərkəzində Şahmat məktəbi, Bayraq meydanı inşa edilib.  



Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fasadları müasir memarlıq üslubuna uyğun yenilənib, dam örtükləri təzələnib. Ulu Öndərin adını daşıyan park da yenidən qurulub. Şəhərin bir çox küçələrinə asfalt örtüyü döşənib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 7000 əhalisi olan altı yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisinə başlanılıb. Göyçay-Ucar arası yolun tikintisi, eləcə də şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası, 3 Mva gücü olan “Göyçay-1” su elektrik stansiyasının inşası davam etdirilib.



Hesabat dövründə 2 kənddə müasir məktəb binaları, şəhər mərkəzində isə 1 bağça istifadəyə verilib. Eləcə də 2 kənd yaşayış məntəqəsində məktəb binalarının tikintisinə, Mərkəzi rayon xəstəxanasının əsaslı təmir-bərpasına, rayon Tədris-istehsalat mərkəzinin əsaslı yenidən qurulmasına başlanılıb. Hesabat dövründə rayonda 765 daimi iş yeri yaradılıb.

 

Rayonun Maliyyə idarəsi üçün yeni inzibati bina inşa olunub. Hesabat yığıncağında 2014-cü ildə icra olunacaq sosial infrastruktur layihələr barədə də məlumat verilib. Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev və millət vəkili Sabir Hacıyev çıxışlarında ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən danışıblar.


Teqlər:
Bu xəbər cəmi 1370 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR