Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xocalı soyqırımı ilə bağlı yeni tamaşa

Xocalı soyqırımı ilə bağlı yeni tamaşa


“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında anım mərasimi keçirib.



 Birlikdən verilən məlumata görə, mərasimdə “Turan Tele-teatrı”nın hazırladığı “Varıq, olacağıq, artacağıq!” tamaşasından bir parça nümayiş edilib. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, müharibə veteranı Rasim Mirzəyevə soyqırımın beynəlxalq aləmdə tanınması üçün dövlətin həyata keçirdiyi layihələrdən danışıb. O, bu cür tədbirlərə gənclərin cəlb olunmasının zəruriliyini də qeyd edib. 



Milli Məclisin deputatı Qənirə Paşayeva gənclərin milli məsələlərin təbliğində internetdən yetərincə istifadə etmədiklərini deyib: “İnternetdən istifadəçilərinin sayının 1 milyona çatıb. Lakin, milli məsələlərdə onların çoxu fəal olmadıqlarına təəssüf edirəm”.

Milli Məclisin deputatı, Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov münaqişə, soyqırım hadisənin baş vermə səbəbləri barədə danışıb. O deyib ki, Xocalı soyqırımı Rusiya və Ermənistanın yüksək dairələri tərəfindən hazırlanaraq həyata keçirilib.



Türkiyə “Manisaolay” qəzetinin imtiyaz sahibi, “Atabey” Şirkətinin rəhbəri, əslən Azərbaycan türkü olan Ali Kamber Atabey XX əsrin əvvəllərində terrorçu erməni daşnaklarının onun valideynlərini yaşadıqları bölgədən zorla çıxardıqlarını, o zaman ailəliklə Azərbaycanın Gəncə şəhəri yaxınlığındakı Molla Musalı kəndində məskunlaşdıqlarını qeyd edib. Ali Kamber Atabey, erməni vəhşiliyinin dünyada tanınması üçün Azərbaycan və Türkiyənin diaspor təşkilatlarına zəruri dəstək verdiklərindən məmnunluğunu bildirib. Türkiyədə fəaliyyət göstərən “Uluslararası Azərbaycan Mədəniyət Dil Tarix Kültür Araşdırma Mərkəzi”nin baş direktoru Seyfettin Ayakyay Qarabağ faciəsinin, Xocalı soyqırımının tanınması üçün həyata keçirdikləri tədbirlərdən danışıb.



Tədbirin sonunda Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələrin daha da genişlənməsinə verdikləri zəruri dəstəyə və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi tərəfindən xüsusi diplomlarla təltif ediliblər.


Teqlər:
Bu xəbər cəmi 2430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR