2014-cü il üçün AÇG əməliyyatlarına 1 milyard 52 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 68 milyon dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
2013-cü ildə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 655 370 barel (b/g) (və ya ümumilikdə 239 milyon barel, yəni 32,2 milyon ton) neft hasil edilib.
Məlumata əsasən AÇG yatağının operatoru olaraq BP 2013-cü il ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.
2013-cü il ərzində ARDNŞ-yə gündə təxminən 6 milyon kubmetr (212 milyon standart kubfut), ümumilkdə isə 2,19 milyard kubmetr (77,4 milyard kubfut) AÇG səmt qazı verilib.
AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).