Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vəfa Quluzadədən : ABŞ Ukraynada qalib gəlsə, Qarabağ məsələsi həll ediləcək

Vəfa Quluzadədən : ABŞ Ukraynada qalib gəlsə, Qarabağ məsələsi həll ediləcək


“Ukrayna tamamilə Avropaya yönələndən və Rusiya imperiyanı bərpa etmək yolundakı bütün ümidlərini itirəndən sonra Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.



Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivini şərh edərkən deyib.



“ABŞ Qarabağ problemini əsas prioritet elan edəndən sonra münaqişə həll olunacaq”



Siyasi ekspert Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində ABŞ-ın səylərinə diqqət çəkib. Onun sözlərinə görə Ağ Ev Qarabağ probleminin çözümünü əsas prioritet elan edəndən sonra münaqişə öz həllini tapacaq.



“ABŞ münaqişənin həllində həmişə fəallıq göstərib. İndiki vəziyyətdə Ukrayna ABŞ-ın prioritetidir. ABŞ Ukrayna məsələsinin üzərində möhkəm dayanıb və axıra qədər də belə davam edəcək. Bir gün Cənubi Qafqazda sülh və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın prioriteti olacaq. O zaman məsələlər öz məcrasına düşəcək və problemlər həll olunacaq”-deyə V.Quluzadə bildirib.



“Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir”



Analitik Minsk Qrupunun formatının dəyişməsi ilə bağlı suala belə aydınlıq gətirib: “Minsk Qrupu münaqişənin həllinə heç bir xeyir vermir. Nə qədər müzakirə ola bilər?”.



Sabiq dövlət müşaviri onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli nizamlanmasında danışıqlar elə də rol oynamır.



Ekspertin fikrincə, konfliktin danışıqlar yolu ilə tənzimlənməsi üçün gərək siyasi bünövrə olsun.



“Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir”



Quluzadənin sözlərinə görə, dünya danışıqlar üçün siyasi atmosferə hazır olmalıdır.



“Atmosfer nədən ibarət olmalıdır? Rusiya imperiya kimi çökməlidir. Bundan sonra Rusiyanın yaratdığı bütün münaqişələr həll olunacaq. Regiondakı bütün münaqişələri, erməni millətçiliyini Rusiya yaradıb. Rusiya Ermənistanı idarə edir. Kreml elə siyasət yürüdür ki, ermənilər Qarabağla bağlı hər hansı razılıqdan boyun qaçırır. Ermənilərin marağı Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından ibarətdir. Ermənilər məsələnin həllinə razılıq verəndə Rusiya tərəfindən müxtəlif vasitələrlə onlara təzyiq olunur. Ya parlament nümayəndələrini güllələyirlər, ya prezidenti işdən çıxarırlar. Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan o zaman münaqişəni birbaşa Azərbaycanla həll etmək istəyəndə Moskva onu işindən kənarlaşdırdı. Serj Sərkisyan isə tam olaraq Rusiyanın nökərinə çevrilib”-deyə V.Quluzadə şərh edib.


Teqlər:
Bu xəbər cəmi 2325 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR