Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər yarımadadının bəzi yerlərində hava ciskinli olacağı olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.