Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BDU-nun prorektoru tələbələri narazı salan QAYDALARI şərh etdi

BDU-nun prorektoru tələbələri narazı salan QAYDALARI şərh etdi


Azərbaycan   Respublikasının Nazirlər  Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq edilib və təhsil nazirinin 21 yanvar 2014-cü il tarixli əmri ilə ali təhsil müəssisələrinə həmin qərarın icra və rəhbərlik üçün qəbul edilməsi tapşırılıb.



Nazirlər Kabinetinin həmin qərarına etiraz olaraq Bakı Dövlət Universitetinin bir qrup tələbəsinin fevralın 20-də universitetin həyətində  etiraz aksiyası planlaşdırdığı bildirilir.



 Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaları Modern.az  saytına izah edən Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə bildirib ki, qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi  8 kreditdən çox olmamaq şərtilə əlavə  fənn (fənlər) də seçməyə icazə verilir.



“Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Məntiqi olaraq aydındır ki, bu halda təhsil haqqı dedikdə tələbənin təhsil formasından (dövlət sifarişi əsasında və ya ödənişli) asılı olaraq  müvafiq ixtisas (ixtisaslaşma) üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur.



A.Kazımzadənin sözlərinə görə, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. Aydınlıq üçün qeyd etmək istəyirəm ki, hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda hansı fənlərin (akademik borcu qalan və ya tədris qrafiki üzrə nəzərdə tutulan digər fənlər) seçilməsindən asılı olmayaraq əlavə təhsil haqqı ödənilmir. Əlavə təhsil haqqı yalnız semestr ərzində 30 kreditdən əlavə (8 kreditdən çox olmamaq şərtilə) kredit götürmək istəyən və akademik borcu olan tələbələrə şamil olunur.


Teqlər:
Bu xəbər cəmi 2590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR