Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq. Lent-az -ın məlumatına görə, martın 22 və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25 və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Bundan başqa, 8 mart tarixi də şənbə gününə təsadüf tdiyindən martın 10-u da qeyri-iş günü sayılacaq. Beləliklə, Azərbaycanda gələn ay 10 gündən çox istirahət günü olacaq.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Lent.az-a deyib ki, bayram günləri ilə bağlı Nazirlər Kabinetinin ötən ilin dekabrında imzaladığı qərarda hələlik hansısa dəyişiklik edilməyib.
Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.