Medical Park Xəstəxanalar Qrupunda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlardan biri və ən vacib olanı Göz Xəstəlikləri şöbəsidir. Medical Park Xəstəxanalar Qrupunun mütəxəsis həkimlərinin ilk vəzifəsi, burada pasiyentlərin şikayətlərini dinləməsidir. Şikayətlərin xüsusiyyətlərinə görə pasiyentlər ilk öncə göz müayinəsindən keçməlidirlər. Kompyüterli ORM (Otorefraktometrə) və retinoskopun köməyi ilə xəstənin refreksion qüsuru ölçülür. Sonra hər iki gözün eynəklə və eynəksiz görmə qabiliyyəti yoxlanılır. Biomikroskopi müayinəsində kirpiklər, konjontika, kornea və gözün digər qabağ seqment elementləri diqqətlə müayinə edilir. Daha sonra isə göz təzyiqi ölçülür.
İşıq və cisimlərin görüntüləri gözün şəffav təbəqəsi (kornea) və lens təbəqəsində qırılaraq, retina üzərində görmə nöqtəsinə çatır. Nomal gözdə çöldən gələn şüalar, kornea və lenstə qırılaraq görmə mərkəzinə düşərək, təmiz və dəqiq görüntünü təmin edir.
Qırma qüsuru ilə birlikdə, korneada, lenstdə görmə təbəqəsində və ya görmə sinirində, nasazlığ meydana gələ bilər. Qırma qüsuru olan insanlar hər il nizamlı göz və göz dibi müayinəsindən keçməlidir.
Qırma qüsurlarının ən vacib əlamətləri- görmə azlığı, gözlərdə ağrı və rahatsızlıqdı. Medical Park Xəstəxanalar şəbəkəsində uzağı görməmə (miyopi), yaxını görməmə (hiprmetropi), astigmatizma və presbiyopi kimi göz qüsurlarının, müayinə və müalicəsi aparılr. Qırma qüsurları olan insanların dəqiq görə bilmələri üçün, bir neçə növ alternativlər vardır. Gözə uyğun eynək, lens ya da excimer lazer müalicəsində qırma qüsulları b’rpa edilə bilər.
Katarakt- gözün içində olan təbii mərcəyin şəffaflığını itirməsidir. Katarakt hər yaş qrupunda ortaya çıxır. Ağrısız görməni itirmə, göz qamaşması və ya işığa həssaslığın artması, rənglərdə solğunlaşma və saralma kataraktın sıx rast gələn əlamətləridir. Kataraktın tək müalicəsi əməliyyatdır. Medical Park Xəstəxanasında və dünyada inkişaf edən son metod FAKO (Fakoemülsifkasyon)texnologiyası ilə katarakt əməliyyatı edilir. Göz içinə qoyulan mərcəyin keyfiyyəti və cinsi əməliyyatın uğuruna təsir edən vacib bir faktdır. Medical Park Xəstəxanasında FDA (Amerika Səhiyyə Nazirliyi) təstiqi ilə asferik dizaynlı, Amerika istehsalı olan Bausch & Lomb marka göz içi mərcəklərindən istifadə edilir.
Medical Park Xəstəxanasında işlətdiyimiz Pediatrik Otorefraktometre uşaqların uşaqların göz müayinəsini rahatlaşdırmışdır. Ölçmək üçün xəstənin sadəcə metrə uzaqlığında işıqlı bir diskə baxması yetərlidir. Xüsusilədə, ailəsində göz problemi olan uşaqlar üçün erkən edilən müalicələrin faydası böyükdür.
Ünvan:NigarRəfibeyli 12/14 AZ 1001 Bakı,Azərbaycan
Tel:012 497 54 00
Mob: 055 221 90 28
055 221 90 29