İctimai Televiziya son günlər sosial şəbəkələrdə və xəbər portallarında müzakirə edilən "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. AzVision.az-ın məlumatına görə, bunu telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.
O, bildirib ki, L.Aslanova artıq İTV-nin əməkdaşı deyil: “Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.
Qeyd edək ki, İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Tibbi verilişin aparıcısının açıq-saçıq geyimi verilişi izləyənlərin diqqətini çəkib. Uzun fasilədən sonra yenidən efirə qayıdan verilişə aparıcı sinəsi açıq paltarda çıxıb.