Ordu ilə bağlı məsələlərə cəmiyyət hər zaman həssaslıq nümayiş etdirir.Bu da əlbəttə ki,başadüşüləndir.Çünki hər bir Azərbaycan ailəsi vətənə xidmət etmək üçün orduya öz övladın göndərir.Həm də ölkəmiz müharibə şəraitində yaşadığından ordudan gözləntilərimiz və umacaqlarımız çoxdur.Büdcədən daha çox vəsait alan qurum kimi Müdafiə Nazirliyindən narazılıqlar var idi.Belə ki,əsgər ölümləri ilə bağlı cəmiyyətdə kütləvi narazılıqlar,orduda bəzi maxinasiyaların olması,nizam-intizamın zəif olması və s. haqda mətbuatda mütəmadi materiallar dərc edilirdi.Bu səbəbdən də Müdafiə Nazirliyinə yeni kadrların,təcrübəli mütəxəssislərin gətiriləcəyi proqnozlaşdırılırdı.Belə də oldu.
Cənab prezidentin 22 oktyabr məlum sərəncamında sonra Zakir Həsənov Müdafiə naziri postuna təyinatı orduda xeyli dəyişiklərin olmasına səbəb oldu.Çox qısa zamandan orduda kadr təyinatları,ordu quruculuğu sahəsindəki boşluqlara nəzarətin gücləndirilməsi,əsgərlərə qarşı diqqət və qayğı aydın sezilir.Təsadüfi deyildir ki,General-polkovnik Zakir Həsənov təyin olunduğu gündən fəaliyyətini kabinetdə deyil,hərbi-hissələrdə, döyüş bölgəsində ,cəbhə xəttində keçirir.Amma bəzi üzdəniraq mətbuat vasitələri,gözü götürməyən qüvvələr guya yeni Müdafiə nazirinin kadr siyasətinin qisasçılığa söykəndiyini bəyan edirlər.İndi sizə sual verirəm: Əgər köhnə idarəçilik qüsurlu deyildisə,bu dəyişiklik niyə zərurətə çevrilmişdi ?
General-polkovnik Zakir Həsənovun peşəkar hərbçi ,islahatçı kadr olması Daxili Qoşunların intizamlı struktura çevrilməsi ilə nəticələnib.Prezidentin təlimatı və xeyir-duası ilə Müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənovun gördüyü işlər,apardığı islahatlar Azərbaycan Ordusunun güclənməsinə hesablanıb və güclü ordu quruculuğu maraqları daxilindədir.General-polkovnik Zakir Həsənov qısa müddətdə ona göstərilən etimadı doğrulda bildi.Qoşunların texniki təhcizatı ilə bağlı yeniliklər etməsi,görülən işlər barəsində vaxtaşırı hesabatlar verməsi,cəmiyyətin diqqətindən yayınmır.Ona görə də bu sahədə atılan addımlar qısa müddətdən sonra gözlədiklərimizi reallaşdırmağa imkan verdi.
İnşallah çox qısa bir zamanda görülən işlər Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad olunması gününü reallaşdıracaq.
Yenimeydan.info