Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Misir Mərdanov prokurorluqda dindiriləcək

Misir Mərdanov prokurorluqda dindiriləcək
Saxta diplom qalmaqalı sabiq naziri hədəfə çıxardı; Müəllimlər İnstitutu və Gəncə Dövlət Universitetinin verdiyi saxta diplomlarla bağlı açılan cinayət işində keçmiş nazirin də adı bu məsələdə məsuliyyət daşıyan şəxs kimi keçir; o, dindiriləcəyi haqda xəbərlər alıb, qalmaqalın böyüməsini istəyən qüvvələr var


Azərbaycanda saxta diplom qalmaqalı getdikcə böyüyür və demək olar ki, hər gün ortaya yeni məqamlar çıxır. “Yeni Müsavat”a bu qalmaqal və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı yeni məlumatlar daxil olub.



 


Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.


 


Əldə etdiyimiz məlumata görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir. 


 


Aldığımız xəbərdə deyil ki, cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb.


 


Təbii ki, saxta diplomlar M.Mərdanovun nazir olduğu dövrlərdə verildiyindən onun adının bu qalmaqala qarışmaması suallar doğura bilərdi. Amma adının sözügedən cinayət işində bilavasitə bu məsələdə məsuliyyət daşıyan şəxs kimi keçməsi və dindirilməyə hazır olması haqda xəbərlər alması sabiq nazir üçün gözlənilməz olub.


Məlumatda bildirilir ki, bu məsələdə M.Mərdanovun vaxtilə münasibətlərinin gərgin olduğu bəzi yüksək vəzifəli şəxslərin də rolu var. Onlar saxta diplom qalmaqalının böyüməsində və M.Mərdanovun bu qalmaqaldan zərər görməsində maraqlıdırlar. Buna görə də öz imkanları çərçivəsində M.Mərdanovun adının bu məsələlərdə daha ciddi şəkildə, birbaşa ittiham hədəfi olaraq keçməsinə çalışırlar.


 


Bu barədə danışan məlumatlı şəxsin sözlərinə görə, məsələnin böyüməsi sabiq nazirə çox ciddi zərbə vura bilər. İndi dayaqları xeyli zəif olan M.Mərdanovun müdafiə imkanları azdı və ortada kifayət qədər ciddi faktlar var.


 


Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib.


 


Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: “O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur”.


 


Buradan görünür ki, təkcə köçürülmə ilə bağlı bir sənədin saxtalaşdırılması nəticəsində 88 nəfərə saxta diplom verilib. Ancaq nazirin imzaladığı sənəddə rəqəmin dəyişdirilərək 88 nəfərin adının həmin sənədə əlavə edilməsi o qədər də inandırıcı görünmür. Çünki bu sənədlərdə saylar təkcə rəqəmlə göstərilmir, həmçinin mötərizədə sözlə yazılır. 


A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar.


 


Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir.


 


Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Müəllimlər İnstitutunun Qazax filialı olub.


 


Müəllimlər İnstitutunun Salyan filialının rəhbəri isə A.Naxçıvanlıya qarşı açıq ittihamlarla çıxış edir. Filialın rəhbəri deyir ki, bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat rüşvət verib. A.Naxçıvanlının təkziblərinə baxmayaraq, filial rəhbəri ittihamlarını davam etdirir.


 


Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iki maddə ilə  başlanan cinayət işində bu epizod da əsas xətt olaraq keçir.


 


Saxta diplom qalmaqalı, ittihamlar isə getdikcə böyüyür və bu günlərdə bu işə dələduzluq epizodu da əlavə edilib. Araşdırmaların nəticəsi olaraq həbslərin olacağı gözlənilir.


Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə, qəzetdə dərc etməyə hazırıq.(musavat.com)

Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR