Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda gənc ana necə öldü? "Həkim otaqdan dəli kimi çıxdı"

Azərbaycanda gənc ana necə öldü?
Qazaxda uşaq dünyaya gətirən ana həkim səhvindən dünyasını dəyişib


Yenimeydan.info-nun  anspress-ə istinadən verdiyi məlumata görə, hamilə olan Qazax rayon sakini Vüsalə Siyavuş qızı Məmmədova 31 dekabr tarixində xəstəxananın doğuş şöbəsinə gətirilib.



Ailənin istəyi ilə secilən mama ginekoloq Diləfrüz Cəfərova doğuşdan ana və oğlunu salamat çıxarıb. Ancaq ailə üzvlərinin dediyinə görə ananın temperaturu aşağı düşməyib. Vüsalə Məmmədovanın yaxınları xəstəyə qoyulan diaqnozun düzgün olmadığını və bu səbəbdən də onun xəstəxanaları gəzərək sonda dünyasını dəyişməsinə gətirdiyini bildirib.



Mərhumun bibisi Mətanət Məmmədova həkimi günahlandırıb: "Uşağı vaxtsız güc iynəsi vurmaqla doğuzdurublar. Doğuş yanvarın 17-si olmalıydı, dekabrın 31-də doğuzdurublar. Buradakı həkimlərin heç biri boynuna almır. Ancaq infeksiya çıxmağı dəqiqləşdi və məlum oldu ki, həqiqətən də, infeksiya rayonda keçib.



Mətanət xanımın dediyinə görə, 22 yaşlı qardaşı qızı Gürcüstan xəstəxanalarının birində dünyasını dəyişib. Yaxınlarının iddiasina görə Vüsalənin dünyasını dəyişməsinə 1 ay əvvəl doğuşdan aldığı travma səbəb olub.



Mərhumun qohumu Firuzə Məmmədova həkimin doğuş zamanı Vüsalə Məmmədovanın orqanizmini zədələdiyini deyib: "Stola çıxardığı ilə doğdu. Amma doktor dəli kimi çıxdı, elə bil aralığı təmiz yarıb bağırsağı da zədələyib. 2-3 gün istilik əl çəkmədi. Dedim doğanin istiliyi olar? Diləfruz həkim dedi ki, birsilyozdur, özüm müalicə edəcəm. 10 gündən sonra gördük, halı dəyişdi, ölür.



Qazax rayon doğum evində 9 gün qalan xəstənin vəziyyətində yaxşılığa doğru addım olmadığından, daha doğrusu, xəstənin istiliyinin enməməsi həkimlərin Səhiyyə Nazirliyi ilə məsləhətləşməsindən sonra Göygöl Renetal mərkəzə gətirilir. Burada da xəstənin rayonda müalicəsinin davam etdirilməsi tövsiyə edilir. Xəstənin yaxınları işıq yolunu paytaxta gəlməkdə görürlər. Diləfrüz Cəfərova ilə qohumlar göndərişlə Kliniki Tibbi Mərkəzə gəlsələr də, burada xəstəni ilk əvvəl qəbul etmək istəmirlər. Daha sonra uzun təzyiqdən sonra bu razılaşma baş tutur. Vüsalənin atasının bildirdiyinə görə Kliniki Tibbi Mərkəzdə bir gün qalan qızın istiliyi getdikcə artdığından və tibbi qulluğun olmamasından onun təcili bu xəstəxanadan çıxmasını istəyib.



Məhrumun atası Səyavuş Məmmədov: ""Semaşka"da qızım dedi ki, ata məni buradan çıxart, qurban olum. Əgər çıxarmasan, özümü 3-cü mərtəbədən atacam. Mən dedim uşağı aparıram, dilimdən də kağız yazıram. Siz mənim uşağımı qurtara bilmirsiz. Dedim qızim şikayət edir ki, sistem asırlar, nəzarət yoxdur, qurtaranda özü çıxardır. Tualetə gedir nəzarət yoxdur, tibb bacısı yoxdur, orada yıxılıb, xəstələr kömək edib, oradan çıxarıblar.



Dediyinə görə, burada da qızının dərdinə əlac olmadığını görən ata təcili 160 manat verib xarici dövlətə keçmək ücün pasport alır. Elə oradan da Qazaxa, ertəsi gün Gürcüstana gedir.



Səyavuş Məmmədovun bildirdiyinə görə, Gürcüstanda qızını müayinə edən həkimlər gecikdiklərini və bu vəziyyətin həkimlərin səhvi ucbatından baş verdiyini deyir.



Lakin Vüsaləni doğuş stoluna çıxaran həkim Diləfrüz Cəfərova bunun əksini deyir. Onun sözlərinə görə ailənin israr etməsindən sonra onların uşağının doğuşuna razılıq verib. Həkim müayinə zamanı açılış olduğunu və bundan sonra Vüsaləni doğuş stoluna çıxardığını deyir. Bundan başqa həkim xəstənin hamiləlik müddətində bir dəfə həkim müayinəsindən kecdiyini və mikrobun olduğunu deyir. Həkimin dediyinə görə, xəstənin az təminatlı olması səbəbindən onu tək buraxmayıb. Hətta Gürcüstana belə getdiyini və orada gedən müayinələrlə də maraqlandığını deyir: "5 qarışıq infeksiya və bunların öhdəsindən gələ bilmirik. Çünki qadının immuniteti cox zəif idi. Bu mikroblar mualicəyə tabe olmadı. Ona görə də biz də 3-4 gün gözlədik ki, qanında analizini etdik, gördük dəyişiklik getmir. Roye, travmasit artır, biz başa düşdük ki, müalicə ilə bətni saxlaya bilmədik. Ona görə də bətndəki infeksiya ocağı götürüldü. Əməliyyatdan sonra valideynlərə deyildi ki, qadının infeksiyasi olub və doğuşun fəsadıdır.



Ya zəlzələdən, ya da ki, vəlvələdən nə fərqi. Əsas olan gənc ananın həyatı idi. O da ki, söndü. Səhər saatlarında Gürcüstanda canını tapşıran ana bu gün rayonda dəfn olundu. İndi ondan yadigar ancaq döğduğu 38 günlük oğlan uşağıdır. Bəs görəsən, Səhiyyə Nazirliyi bu cür faktlarla bağlı nə fikirləşir.


Teqlər:
Bu xəbər cəmi 2445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR