İşğalçılıq siyasətini və bəşəri cinayətlərini gizlətmək üçün özləri barədə “əzabkeş”, “yazıq” obrazı yaratmağı bacaran dünya erməniləri 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini “təntənəli” şəkildə qeyd etməyə hazırlaşır.
Tarixi həqiqətlərin saxtalaşdırılması işində mahir olan bədnam qonşularımızın, erməni ideoloqlarının və onların havadarlarının gerçək mahiyyətinin açılması istiqamətində bir sıra ciddi qaynaqlar var ki, onların zaman-zaman ictimailəşdirilməsinə, onların Azərbaycan və xarici oxucu auditoriyasına çatdırmağa ciddi zərurət var.
Səməndər Mehdiyev: “Bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq”
Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev tarixi sənədlərə və digər mənbələrə əsaslanaraq erməni vandalizmini və saxtakarlığını ifşa edən çox ciddi mətləbləri ortaya qoyub.
Bununla bağlı redaksiyamıza təqdim etdiyi müəllif yazısında S.Mehdiyev ermənilərin 99 ildir ki, hər il aprel ayının 24-də Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzi sayılan İrəvan (Yerevan) şəhərinə toplaşdığını, Türkiyə və Azərbaycana tarixən düşmən olan bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə 1915-ci ildə guya türklər tərəfindən ermənilərə qarşı törədilmiş “soyqrımı”nı yada saldığını, öldürülmüş ermənilərin qisasını türk və müsəlmanlardan çıxmaq üçün quldur katolik keşişlərinin “xeyir-duasını” aldığını xatırladıb.
Hovannes Şahxatunyan: “390 il İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub”
Araşdırmaçı xatırladır ki, erməni tarixçilərinin belə bir çoxu bu torpaqların İrəvan xanlığının inzibati ərazisi olduğunu və azərbaycanlı xanlar tərəfindən idarə edildiyini təsdiqləyib: “Hətta erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı "Erməni Sovet Ensiklopediyası"nda öz əksini tapmışdır". S.Mehdiyev yazır ki, dünya ölkələrinin arxivlərində mövcud olan tarixi sənədlərə heç bir məhəl qoymayan daşnaklar II Dünya müharibəsindən sonra yəhudilərin Almaniyadan təzminat almasından şirnikləşərək 1915-ci ildə bu “əzabkeş”, “yazıq” millətə qarşı guya Osmanlı Türkiyəsi tərəfindən “soyqırımı” törədildiyini iddia edir. Ancaq əslində XX əsrin əvvəllərində rus qoşunları və erməni silahlı dəstələrinin təkcə Türkiyədə deyil, Qərbi Azərbaycanda (indiki Ermənistan) türk və digər müsəlman xalqlara qarşı kütləvi qırğınlar törətmələri tarixi sənədlərlə sübuta yetirilib.
S.Mehdiyev qeyd edir ki, tarixən əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. Hələ 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdir: “Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır”. Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.
Cigərxanyanın tarixi etirafı
Yeri gəlmişkən, Dağlıq Qarabağa köçürülən ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illik yubileyini təntənəli şəkildə qeyd etmələrinə və buna aid abidə ucaltmalarına baxmayaraq ermənilər indi özlərini Dağlıq Qarabağın aborigen milləti sayır. Qarabağda məlum hadisələr başlayandan sonra isə ermənilər bu bölgənin “əsl sahibləri” olduqlarını iddia etmək üçün həmin abidəni yer üzündən sildilər. S.Mehdiyev araşdırma materialında bu barədə yazır: “Maraqlıdır ki, bir neçə il bundan qabaq SSRİ xalq artisti aktyor Armen Cigərxanyan müsahibə verərkən jurnalistə kobud şəkildə belə dedi: "Ay uşaq, mənim ulu babamın qəbri İranın Marağa şəhərindədir. Ad-familyaları da qəbir daşında yazılıb. Mən necə deyə bilərəm ki, ulu babam stepanakertlidir". İndi həmin A.Cigərxanyan ermənilər tərəfindən “arzuolunmaz şəxs” hesab edilərək daşnak məclislərinə buraxılmır".
***
Sonralar ermənilər çar Rusiyasına arxalanaraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasına düşdülər və İrəvan xanlığının ərazisində müvəqqəti “Erməni vilayəti”ni dövlət kimi formalaşdırmağa başladılar. Birinci növbədə Qərbi Azərbaycanda (indiki Ermənistan) əhalinin milli tərkibinin sayını öz xeyirlərinə dəyişdirmək məqsədi ilə xarici ölkələrdən xanlığın ərazisinə erməniləri köçürmək, Azərbaycan türklərini dədə-baba yurdlarından qovaraq yerli əhaliyə aid bütün tarixi abidələri yer üzündən silmək, tarixi toponimləri dəyişdirmək və s. kimi planlarını həyata keçirməyə başladılar. XX əsrin əvvəllərində öz sələflərinin yolunu davam etdirən Sovet Rusiyası və digər havadarlar “türksüz Ermənistan” yaratmaq məqsədi ilə ermənilərin planlarına rəvac verdilər.
İrəvan xanlığının tarixi torpaqları üzərində erməni dövləti yaratmaq üçün hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər aborigen əhalini zorla dədə-baba yurdlarından qovub çıxarmaq prosesini mərhələ-mərhələ həyata keçirib. S.Mehdiyev tarixi reallıqları konkret faktlarla təqdim edir:
I mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. II mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 azərbaycanlı yurdundan qovulub. III mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), IV mərhələ 1948-1953-cü illəri (105.000 azərbaycanlı deportasiya olunub), V mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 azərbaycanlı son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə azərbaycanlılara qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb, dinc əhaliyə 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəyib. Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu (!) şəraitsizlik və aclıqdan qırılıb. Maraqlıdır ki, pambıqçılığın inkişafı adı altında yurdlarında zorla qovulan əhalinin köçürülməsi o zaman ölkə rəhbərləri olmuş M.C.Bağırov (Azərbaycan) və Q.Y.Haruyutunovun (Ermənistan) Stalinə göndərdikləri 3 dekabr 1947-ci il tarixli razılıq məktubu əsasında həyata keçirilib. Azərbaycanda deportasiya olunmuş həmin əhalinin məskunlaşması üçün ayrılmış vəsaitin yalnız 47%-i xərclənmişdir. Bu da minlərlə insanların aclıq və şəraitsizlikdən məhvinə səbəb olub.
Tarixi faktlar sübut edir ki, ermənilər Qərbi Azərbaycan əhalisini zorla qovub çıxarmaqla bərabər boşaldılmış yaşayış məntəqələrinə xarici ölkələrdən erməni əhalisinin köçürülməsini də müxtəlif dövrlərdə planlı şəkildə həyata keçiriblər. Bu proses 1928-ci ildən başlayaraq 1953-cü ilədək daha geniş miqyasda həyata keçirilib. Ancaq elə son onilliklərdə də işğal olunmuş Qarabağ ərazilərində Suriya erməniləri hesabına qanunsuz məskunlaşma prosesi həyata keçirilir.
Müəllif yazır ki, yalançı vədlərə inanaraq “Ermənistan”a axışan ermənilərlə yanaşı, müxtəlif ölkələrdə ayrı-ayrı millətlərə qarşı cinayət törətmiş, gizlənmək üçün İrəvan xanlığının torpağında məskunlaşan terrorçu ermənilər əhalinin sayını öz xeyirlərinə dəyişdirə bildilər.
Ermənilərin Azərbaycana böyük köçü
Azərbaycanın tarixi ərazilərinə böyük erməni köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb və köçürülən ermənilərin sayına diqqət çəkib:
1 . 1928-ci ildən başlayaraq: - İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.
2. 1914-1922-ci illərdə: - Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.
3. 1946-cı ildən başlayaraq: - İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər.
4. 1947-ci ildə: - ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər.
5.1948-1953-cü illərdə: - ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.
Ermənilərdən daha bir etiraf - 76 faiz azərbaycanlı!
Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında (II hissə), X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu (!!!) Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.
Erməni vandalları insanlara qarşı törətdikləri cinayətləri Qərbi Azərbaycanda (indiki Ermənistan) tarixi abidələrə də tətbiq edilib. Onlar türk-müsəlman izlərini itirmək üçün bütün tarixi abidələri yer üzündən siliblər.
S.Mehdiyev təkcə İrəvan şəhəri və onun ətrafında dağıdılmış böyük həcmli möhtəşəm tarixi abidələrin bir qismi haqqında faktları xatırladıb:
- İrəvan qalası, 1413-cü ildə inşa edilmişdi.
- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi. (ermənilər 1918-ci ildə həmin məscidə türk və müsəlmanları dolduraraq od vurub yandırmışlar)
- 1510-cu ildə İrəvan sərdarı Əmirqulu xan Qacar tərəfindən ucaldılan, Hüseynəli xan tərəfindən 1782-ci ildə təkmilləşdirilən Sərdar qalası.
- 1604-cü ildə I Şah Abbasın inşa etdirdiyi , İrəvan qalası ərazisində, Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.
- 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalası yaxınlığında inşa edilmiş möhtəşəm məscid.
- Müxtəlif illərdə İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.
- Sərdarabad qalası və s.
Müəllif yazır ki, ümumiyyətlə, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində 42, Üçmüədzin qəzasında 33 və Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr dağıdılıb: “Ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməkdə davam edirlər. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur. Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XXI əsrin əvvəllərində Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək təkmillətli dövlət yaratmağa nail oldular. Əslində bu onların hünəri, qüdrəti deyil. Zəncirlənmiş quduz it simasında havadarlarına tulalıq missiyasını həyata keçirirlər. Vaxt gələcək, onların əsas himayəçisi olan Rusiyanın da qatı düşməninə çevriləcəklər”.
Ermənilər barədə tarixi həqiqətlər zaman-zaman qeyri-azərbaycanlı məşhurlar tərəfindən qeyd olunub. Rus yazıçısı V.Valeçko yazırdı: “Ermənilər tarix boyu tez-tez öz himayəçilərini dəyişmişlər; Roma, Bizans, İran, Rus, İngilis, Fransız, Türk... Tarix səhnəsində ermənilərə yeni-yeni himayədar çıxarkən, həmişə köhnə himayəçilərini satmışlar”. ABŞ tədqiqatçısı Samuel Uimzin isə yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında ”Erməni məsələsi" ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur".
S.Mehdiyev Dağlıq Qarabağın və ətraf ərazilərin düşməndən azad ediləcəyinə əmindir: “İndi biz Qərbi Azərbaycan (indiki Ermənistan) dövlətindən bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda mübarizə aparmalıyıq. Bu məsələnin həllində Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edilmiş və hər cür zorakılığa, terrorizmə və soyqırımına məruz qalmış qərbi azərbaycanlılar xüsusi fəallıq göstərməlidirlər”. Təşkilat rəhbər ermənilərin tarixi cinayətlərini unutmamağa, düşməndən qisas almağa çağırır: “Biz, qərbi azərbaycanlılar VƏTƏNİMİZƏ QAYIDIŞ missiyasını həyata keçirmək üçün bütün vasitələrdən istifadə etməli və tarixi düşmənlərimizdən QİSAS almalıyıq. Ermənilərin tarix boyu terrorizm, soyqırımı, vandalizmi "kişilik" əlaməti saydıqları və insanlığa xas olmayan əməlləri həyata keçirmək üçün yaratdıqları “Daşnakstyün”, “ASALA”, “Hnçaq”, “Ramkavar”və s. terror təşkilatlarının törətdikləri cinayətləri onların özlərinə qarşı törətməyin vaxtı çatıb".