Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən xəbərə görə, doğru və dolğun elmi məlumatların yerləşdirilməsi məqsədilə ölkəmizin arxeologiyası və etnoqrafiyasına aid olan yeni elmi nailiyyətlər bu ensiklopediyaya mütəmadi olaraq daxil ediləcək.
Məlumata görə, Vikipediyada Azərbaycanın arxeoloq və etnoqraflarının elmi məqalələrinin çoxaldılması üçün işçi qrupu yaradılıb. İşçi qrupu AMEA-nın Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərarına əsasən yaradılır.
İşçi qrupu Vikipediyada yer alan arxeoloji və etnoqrafiya sahəsinə aid materialların nəzərdən keçirilməsindən sonra mütəmadi olaraq Azərbaycan arxeologiyası və etnoqrafiyasında olan yeni elmi nailiyyətlər, Azərbaycan arxeologiyasının görkəmli şəxsiyyətləri haqqında, onların əsərləri və arxeoloji abidələr haqqında məlumatları Vikipediya ensiklopediyasına yerləşdirəcək.