Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

QAFQAZIN ƏN GÜCLÜ ORDUSU

QAFQAZIN ƏN GÜCLÜ ORDUSU
Azərbaycan Ordusu Qarabağ torpaqlarını azad etmək iqtidarındadır.


   

Azərbaycan Silahlı Qüvvələrinin əsas məqsədi Azərbaycan dövlətinin müstəqilliyini ,ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.Azərbaycan Ordusu - Quru Qoşunları,Hərbi Dəniz Donanması ,Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir.Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və hazırlıqlı ordusu hesab edilir.

 

Azərbaycan Prezidenti və Ali Baş Komandan - cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan Ordusu gündən-günə güclənir və hərbi büdcəsi ildən - ilə artır.Əgər 2003-cü ildə Azərbaycanın hərbi budcəsi 135 milyon ABŞ dolları olduğu halda,2010-cu ildə 2,7 milyard ABŞ dolları,2011-ci ildə 3,413 milyard ABŞ dolları,2012-ci ildə 3,474 milyard ABŞ dolları,2013-cü ildə 3,7 milyard ABŞ dolları təşkil edir.



  1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki,Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək,daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı,özünün silahlı qüvvələrini yaratmalıdır.Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökümətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi.Hökümət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi.Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası Dövründə "Vəhşi diviziya"("Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında il ordu hissəsi,5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.İyulun 11-də hökümət fərmanı ilə hərbi səfərbərlik elan edildi.Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.



  1920-ci ildə Azərbaycan Sovet Rusiyası Tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək,həmin funksiya Xalq Hərbi Komissarlığıma verilmiş,Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi.Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra,191-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi,oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.



  1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi.Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi.Yayda 1991-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır.1997-ci ilin yanvarında Azərbaycan sülhməramli qüvvələri yaradılmışdır.



 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi.Nizami orduya malik olmaya Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki,bu da çox çətinliklə həyata keçirilirdi.Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu qurucuıuğuna səfərbər edildi.Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı.Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.1993-cu ildə Heydər Əliyevin Azərbaycanın prezidenti seçilməsi orduya olan inam və marağı,eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu.Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı,silahlı qüvvələr pərakəndəlikdən xilas oldu,ordudakı siyasiləşməyə son qoyuldu.Heydər Əliyev hakimiyyəti dövründə  həm prezident,həm də ali baş komandan olaraq,ordunun qüdrətli olmasına  diqqəti yönəltdi.



Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən ,Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.



Ötən ilin axırlarında Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayaraq Zakir Əsgər oğlu Həsənovu müdafıə naziri təyin edib.Qeyd edək ki,yeni müdafıə naziri Zakir Həsənov bu təyinatadək daxili işlər nazirinin müavini ,Daxili Qoşunların Komandanı idi.



General-polkovnik Zakir Əsgər oğlu Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur.1980-cı ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş,həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafıə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır.1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş,daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17.05.2003-cü il tarixli 869 N-li fərmanı ilə isə general-mayor,06.05.2005-ci il tarixli 802 N-li Sərəncamı ilə general-leytenant ali xüsusu rütbəsi verilmişdir.22.10.2013-cü il tarixində Azərbaycan Respublikasının müdafıə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.



Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə "Hərbi Xidmətlərə "medalı ,30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə "Sərhəddə fərqlənməyə " görə medalı ilə təltif edilib.



Onu da qeyd etmək lazımdır ki,Zakir Həsənov komandan olarkən Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədə olub,ən müasir silah və hərbi texnika ilə təmin olunub.Artıq Daxili Qoşunların təminat-təhcizatını dünyanın aparıcı dövlətlərinin anoloji qurumlarının təminat-təhcizatı ilə müqayisə oluna bilər.Onun sözlərinə görə DQ aparıcı dövlətlərin təcrübəsindən istifadə edərək Azərbaycanda ən müasir təhsil sistemini qurub.İndiyə kimi DQ əsgərləri üçün yeni yataqxana,yeməkxana binaları,hərbi şəhərciklər tikilib.DQ əsgərlərinə artıq həftədə ən azı 3 dəfə milli yeməklər verildiyini deyən Z.Həsənov onu da bildirib ki,indiyə kimi,qoşunlarda əsgərlərin qidalanması ilə bağlı hər hansı problem olmayıb və bununla bağlı heç bir fikir səslənməyib.Mütəxəssislərin sözlərinə görə,onun vaxtında əsgərlərə verilən qidanın keyfiyyətini yoxlamaq üçün DQ-də müasir standartlara cavab verən labaratoriya da fəaliyyət göstərib.



Zakir Həsənov bu yaxınlarda bildirmişdir:"Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir gün də tab gətirə bilməz".Z.Həsənov daha sonra əlavə edib:"Ermənilər 1993-cü ildə rusların köməyi ilə döyüşsələr də,çox vaxt döyüş meydanını qoyub qaçırdılar.Horadiz əməliyyatını yadınıza salmaq istərdim."



Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra ilk gündən orduda islahatlara başladı və kadr dəyişiklikləri apardı.Hazırda ordunun güclənməyi nəzərindən hərbi mütəxəssislər bunları düzgün addım kimi qiymətləndirir.



Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir,bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var.Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir.Azərbaycan Hərbi Dəniz Qüvvələri,Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb.NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər.Sülh Naminı Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir.Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir.1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin,2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında,2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur.Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır.Yaxın vaxtlarda bu plan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəcək.



Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə,Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.Bu qoşun növləri potensial rəqiblə qırıcı və bobardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.MDB çərçivəsində Azərbaycan hava hücumuda müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.Bütün bunlar göstərir ki,Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını azad edəcəkdir.

                 Məsud Şükürov

                 Fəlsəfə üzrə fəlsəfə doktoru.


Teqlər:
Bu xəbər cəmi 2730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR