Nümayiş Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və ASAIF-in dəstəyi ilə keçiriləcək Azərbaycan axşamı çərçivəsində baş tutacaq.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmin nümayişi Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu) və AAC-nin dəstəyi ilə baş tutacaq.
Keçiriləcək tədbirdə Azərbaycan musiqisi, mədəniyyəti, mətbəxi və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini də əks etdirən materiallar gələn qonaqlara təqdim olunacaq və onlara dolğun informasiya veriləcək.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib.
Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa olunub və rənglənib.