Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq ölkədə 2013-cü ildə 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1166,8 ton kvota əvəzinə 793,8 ton balıq ovlanıb.
Ovlanmış balığın 206 tonu kilkə, 150 tonu siyənək, 125 tonu kefal, 117 tonu kütüm, 72 tonu külmə, 59 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşmüşdür.
Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilib.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.