Paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada 2 nəfər dəm qazından boğulub. Hər 2 şəxs hadisə nəticəsində ölüb. Bu barədə Yasamal rayon polis idarəsinin əməkdaşları məlumat verib. Məlumatda deyilir ki, dünyasını dəyişənlər həyat yoldaşı olub və 60-dan çox yaşları olub. Zəhərlənənlərin hər 2-si Tibb Universitetinin müəllimidir.
21.45 Bu gün paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada zəhərlənən 2 nəfərin adları müəyyənləşib. "Yenimeydan.info "nun FHN-nin rəsmi saytına istinadən məlumatına görə, həyatını itirən şəxslər 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğludur.