Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qətər dövlətinin investisiya qurumu “Qətər-Holdinq”in nümayəndələri ilə görüşdə müzakirə aparılıb.
Görüşdə H.Əsədov Azərbaycan ilə Qətər Dövləti arasında əlaqələrin yüksək səviyyədə olduğunu və burada əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb.
O qeyd edib ki, bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılması vacibdir.
Nazir meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib.
Holdinqin biznes inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşuna maraqlı olduqlarını qeyd edərək bu əməkdaşlığın davamlı olacağına əminliyini bildirib.
Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub.