Onlardan 100 nəfəri Xətai, 205 nəfəri Nərimanov, 121 nəfəri Nəsimi, 82 nəfəri Nizami, 48 nəfəri Yasamal, 62 nəfəri isə Sumqayıt şəhərindəki sığınacaqdan istifadə edib.
Həmin vətəndaşlar sığınacaqlarda 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla təmin olunub, ehtiyac duyanlara tibbi xidmət göstərilib.
Sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində 142-Qaynar xətt və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.
31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.