Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mir Şahin: “Mamikonun gözünün altındakı fanar...”(Video)

Mir Şahin:  “Mamikonun gözünün altındakı fanar...”(Video)
Mir Şahin ANS TV-də “Hesabat” proqramında Müdafiə Nazirliyinin erməni diversiya qrupunun bələdçisi kimi təqdim etdiyi Mamikon Tiqranoviç Xosayan haqda fikirlərini bildirib. Yenimeydan.info həmin süjetin mətnini və videosunu təqdim edir:


İki oxşar hadisə və onlara fərqli baxış barədə danışmaq istəyirəm. Bir neçə gün əvvəl erməni diversiya qrupunun üzvlərinin müqavimət göstərərkən öz yaralı bələdçilərini qoyub qaçdıqları barədə Müdafiə Nazirliyinin məlumatı yayıldı. Xəbərdə bildirilirdi ki, Mamikon Tiqranoviç Xosayan adlı bu bələdçi silahlı olub, müqavimət göstərərkən qolundan yaralanıb. Əvvəl telefonla çəkilmiş təsvirləri yayıldı. Orda onun ətrafında sadə adamlar görünürdü. Elə belə də danışırdılar ki, qoca ermənini yerli sakinlər ələ keçirib.



Müdafiə Nazirliyinin redaktəsindən sonra bəlli oldu ki, onu hərbçilər yaxalayıb və təhlükəli birisidir. Sonra ANS ondan hospitalda müsahibə aldı. Mamikon sanki sayıqlayırdı. Araq çəkməyindən, yıxılıb qolunu əzməyindən, çoxlu maşına malik olmağından qırıq-qırıq və rabitəsiz şəkildə bəhs edirdi. Həkimlər isə dedilər ki, hospitalda qolundakı gülləni çıxaracaqlar. Türk demişkən hepsi bu.



Amma heç də hamısı olmadı. Müharibə təcrübəsinə malik bir adam kimi ürəyimə dammışdı ki, bunun davamı olacaq və ermənilər bu oyunu elə belə qurmayıblar. Bir neçə gün cəbhədə ağır atışma baş vermişdi. İki zabitimizin şəhid olmasını və təntənəli dəfninin biz göstərmişdik, iki erməni zabitinin həlak olması faktını və dəfninin təntənəsini ermənilər göstərdi. Hamımız anlayırdıq ki, bu informasiya müharibəsidir və təbii ki, ardınca hansısa hadisə baş verəcək. Və baş verdi:



Ermənilər Azərbaycanın boş yer buraxacağına əmin olaraq bəlkə də planlaşdırılmış şəkildə bizim tərəfə bir qoca göndərirlər. Biz isə onu tuturuq, gözünün altına fanar qoyuruq, 76 yaşlı qocanı elə gündə təqdim edirik ki, o hətta bələdçi olsa belə bələdçidən başqa nəyə və kimə desən oxşuyur. Onun simasında Azərbaycan ideologiyasını sosial şəbəkələrdə əməlli-başlı lağa qoyurlar. Bununla da Ermənistan həmişəki xəttini davam etdirir, Azərbaycanın ermənilərə qarşı dözümsüz olduğunu faktlarla sübut edir. Və bu da hələ hamısı deyil. Qısa bir vaxtdan sonra onlar Azərbaycanda bəlkə də elə bu gün üçün himayələrində saxladıqları bütöv bir azərbaycanlı ailəsini işə salırlar. Onlara pənah gətirmiş azərbaycanlı ailəsini böyük nəvazişlə qarşılayırlar və Ermənistanın humanist bir dövlət əxlaqına malik olduğunu özlərinə məxsus şəkildə sübut edirlər. Bu da belə.



Belə çıxır ki, dünya bizim başımızın üstündən fırlanır. Niyə axı yenə də köhnə texnolojiyaların əlində qalaq. Axı bu qocanı başqa cür də təqdim etmək olardı. Məsələn, lap elə tutaq ki, o bələdçidir, onun bələdçiliyi mənim nəyimə lazımdır. Bəlkə onu bələdçi kimi yox, elə adi bir qoca kimi təqdim etmək, ona bir hədiyyə bağışlamaq, kamalı ədəblə “Qırmızı Xaç”a təqdim etmək, onu geyindirib, keçindirib yola salmaqla biz daha çox udardıq. Ən azı ermənilər görərdi ki, biz doğrudan da onların bələdçilərinə yaxşı bələdik. Bir də ki, bu atalar sözünü Azərbaycanda deyiblər axı. “Erməniyə dayı de, işin keçincə”.



Qayıdıram Mamikonun gözünün altındakı fanara. Bu fanarın işığında bir az da özümüzə, öz ideologiyamıza baxaq.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR