Bu gün səhər İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yanvarın 3-də, yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.