Yanğınla əlaqədar olaraq ətraf ərazidə elektrik enerjisi və mavi yanacağın verlişi müvəqqəti olaraq dayandırılıb.
Fövqəladə Hallar Nazirliyi Şəki Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən, bu gecə Şəki mərkəzi rayon bazarının geyim, qızıl-zinət və ətriyyat bölməsində saat 2 radələrindən başlayan yanğın 5 saatlıq mübarizədən sonra səhər 7 radələrində söndürülüb.
Yanğının güclü olması səbəbindən hadisə yerinə ətraf rayonların, yəni Qax, Oğuz, Qəbələ və Mingəçevirin yanğınsöndürənləri və texnikası da cəlb olunub. İlkin məlumatlara əsasən, alov təxminən 1200-1500 kvadratmetr ərazini bürüyüb. Hadisə zamanı bazar ərazisində təxminən 100-ə yaxın sahibkara külli miqdarda ziyan dəyib.
İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub.
Faktla əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar başlanılıb.