Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Kreml üç ssenari üzərində baş sındırır”- Putinin keçmiş köməkçisi

“Kreml üç ssenari üzərində baş sındırır”- Putinin keçmiş köməkçisi
“Rusiya yaxın günlərdə Ukraynaya hərbi müdaxilə edəcək” Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi, iqtisadçı Andrey İllarionov Ukraynanı nəzarətdə saxlamaq üçün Kremlin üç ssenari üzərində baş sındırdığını açıqlayıb. “Axar.az”ın məlumatına görə, Rusiya mediasına açıqlama verən İllarionov bildirib ki, yaxın həftələrdə təzyiqlər daha da geniş vüsət alacaq: “Hazırda Ukrayna məhsullarının daşınması 10-15 gün gecikdirilir. Rusiya kanallarında fasiləsiz olaraq, Ukraynada rus xalqına qarşı əsl genosid aktının törədilməsi təbliğatı aparılır. Vurğulanr ki, hakimiyyətə gəlmək istəyənlər əsl faşist xüsusiyyətlidirlər”. Buna paralel olaraq, Rusiya Luqansk vilayəti və Krımda da öz təsirini artırmaqdadır: “Rus xalqını qorumaq adı altında Luqanska çoxlu sayda Don kazakları gətirilib. “Gecə canavarları” bayker klubu üzvləri və “Volqoqrad kazakları” isə ayağa qalxan gənclərin səslərini boğmaq üçün Sevastopola göndərilib. Həmin şəxslər mütəşəkkil şəkildə hazırlıq proqramı keçiblər və yaxın 7-10 gün ərzində gərginlik artan xətt üzrə inkişaf edəcək. Hətta Rusiya Soçi Olimpiya oyunlarının başa çatmasını belə, gözləməyəcək. Putin iqtidarı Ukraynaya qarşı irimiqyaslı təzyiqlərə start verəcək, ehtiyac görsələr, silah da işlədəcəklər. Bu faktı Polşa Baş naziri Donald Tusk da xatırlatmışdı”.

Teqlər:
Bu xəbər cəmi 1900 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR