Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Usubovun vəzifədən çıxardığı rəis Şeyxin qohumudur

Usubovun vəzifədən çıxardığı rəis Şeyxin qohumudur
Daxili İşlər naziri Ramil Usubovun Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu tutduğu vəzifədən azad etməsi barədə xəbər vermişdik. “Axar.az”a özəl qaynaqlardan daxil olan məlumata görə, M.Mikayılov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin yaxın qohumudur. Bildirilir ki, uzun müddətdir işində ciddi nöqsanlara yol verməsimə baxmayaraq, işdən kənarlaşdırılmaması da məhz bununla bağlı olub. Qeyd edək ki, R.Usubov polis polkovnikini küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib. M.Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir. Lakin M.Mikayılovun həm də ötən ilin avqustunda “Duzlu göl” adlanan ərazidə törədilən qətl hadisəsində nöqsanlara yol verdiyi bildirilir. Daha doğrusu, onun uzun müddətdir Suraxanı Rayon Polis İdarəsində araşdırılan həmin cinayət işi barədə düzgün informasiya verməməsi zərərçəkənlərin haqlı narazılığına səbəb olub. Onlar hesab edirlər ki, “Duzlu göl”dəki qətllə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirə biləcək əsas şəxs Suraxanı RPİ-nin keçmiş rəisi Məmməd Mikayılovdur. Məmməd Mikayılov İnterpolun və Nəsimi Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. Lakin idarə rəisi hələlik bu informasiyaları nə təsdiq, nə də inkar edəcək heç bir konkret açıqlama verməyib.

Teqlər:
Bu xəbər cəmi 2105 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR