Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Bakinternet" istifadəçilərin səbr kasasını daşırdıb

Bakı Telefon Rabitə İstehsalat Birliyinin internet xidmətində (“Bakinternet”) yenə problemlər yaranıb.


İstifadəçilər axşam saatlarında internetə daxil ola bilmədiklərini bildirirlər. “Bakinternet”in xidmətindən istifadə edən abunəçilərin sözlərinə görə, bir aya yaxındır ki, axşam saatlarından başlayaraq internetə girmək mümkünsüzdür. Yaranmış durumla bağlı müraciət etdikdə isə ATS-dən (telefon qovşağı) bildirilir ki, bu problem “Bakinternet”indir. Oradan isə ATS-in problemi olduğu söylənilir. Abunəçilər isə “Bakinternet”lə ATS-in arasında qalmalarından, problemin günlərlə uzanmasından şikayətlənirlər.



Qeyd edək ki, “Bakinternet”lə bağlı bu cür problemlər vaxtaşırı meydana gəlir və günlərlə uzanır. Şirkətdən problemin səbəbi barədə ziddiyyətli açıqlamalar verilir, ya da ümumiyyətlə suallar cavablandırılmır.



İki gün ərzində “Bakinternet”lə əlaqə saxlasaq da, suallarımızı normal şəkildə cavablandıran olmadı. “Bakinternet”in xidmətlər şöbəsinin rəisi Müşviq Sadıqov bildirdi ki, vəzifəsi artırılıb və artıq bu suallara cavab vermir. Qurumun rəhbərliyindən gün ərzində suallarımızı cavablandıran olmadı. Şirkətin özünü təqdim etməyən əməkdaşı bildirdi ki, rəhbərlik idarədə deyil, haradasa iş başındadır və həm də nasazlıqla bağlı problemlərdən danışa bilməz: “Bizdən də böyüklər var, məsələn, ”Baktelecom", ondan soruşun". “Baktelecom”dan isə bildirildi ki, problemlər təmir işlərinin aparılması ilə bağlıdır. Təmirin nə zaman bitəcəyi və vətəndaşlara normal şəkildə internetin veriləcəyi də məlum deyil.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov sözügedən provayderdə yaranan problemlərdən xəbərsiz olduğunu bildirdi. O, məsələnin araşdırılacağını və açıqlama veriləcəyini də vəd etdi.



Əldə etdiyimiz məlumata görə, “Bakinternet”in həftələrdir davam edən probleminin və abonentlərin internet kəsintisinin səbəbi avadanlıqların xarab və istifadəyə yararsız olmasıdır. Şəbəkə avadanlıqlarının dəyişdirilməməsi isə yekunda abonentlərin internetsiz qalması ilə nəticələnib. Bildirilir ki, texnikanın sıradan çıxması, həmçinin yeni yükləmələrə cavab verə bilməməsi provayderi çıxılmaz duruma salıb. Qeyd edək ki, “Bakinternet” ölkədə yaranmış ilk internet provayderlərdən biridir. /musavat.com/


Teqlər:
Bu xəbər cəmi 1690 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR