Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şeyxin qudası: “Allaha və Qurana and olsun ki, şeyxin haqqındakı bu yazılar yalandır“

Şeyxin qudası: “Allaha və Qurana and olsun ki, şeyxin haqqındakı bu yazılar yalandır“

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, millət vəkili hacı Qalib Salahzadə şeyxin ünvanına yazılan ittihamlara etiraz olaraq bəyanatla çıxış edib.


 


Yanvarın 28-də QMİ sədri mətbuat konfransı keçirib. Mətbuat konfransı bitər-bitməz Azərbaycanın aparıcı media qurumlarının, jurnalistlərin elektron poçtlarına  QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs edən, onun guya müxtəlif ünvanlardan pul almasına dair məlumatlar göndərilib. 


 


İttihamlar sırasında şeyxin qaçqınlara yardım adı ilə səudiyyəli iş adamı Abdullahdan 800 min dollar alaraq özünə villa tikdirməsi kimi ittiham da var. 


 


Q.Salahzadə bildirir ki, o, Allahşükür Paşazadə ilə bağlı yazılanları oxuduqdan sonra etiraz bəyanatı ilə çıxış etməyə məcbur olub.


 


"Allaha və Qurana and olsun ki, şeyxin haqqındakı bu yazıların hamısı yalandır. Şeyx 1994-cü ildə ev tikməyə başlayanda məndən 260 min dollar borc aldı. Özü də hissə-hissə. Uzun müddət pulu qaytara bilmədi. Hökumət evinin arxasında onun 7 otaqlı evi var. 120 min manata həmin evi mənə təklif etdi ki, borcdan çıxım. Mən təklifi qəbul etmədim. Dedim ki, nə vaxt pulun olar, qaytararsan. Onda hələ biz qohum deyildik, dost idik. Şeyx mənə deyib ki, bir nəfər yaxın adamından 20 min manat borc pul alıb. Həmin adam pulu verəndə şeyxə deyib ki, 20 min manatı qaytarmaq üçün sənə bir ay vaxt verirəm. Mən şeyxin yaxın adamlarından borc pul istəməsinin şahidiyəm. Onu da dəqiq bilirəm ki, şeyx ev tikdirməyə başlayanda Bilgəhdəki bağ evini satıb. Amma bəziləri utanıb-qızarmadan onun ünvanına ittihamlar səsləndirirlər. Bunlar fikirləşmirlər ki, şeyxin bu qədər pulu varkən niyə hacı Qalibdən borc pul istəyib. Çox təəssüf ki, bəzi mətbu orqanlar heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini öyrənmədən ittihamları işıqlandırıblar. Əfsuslar olsun ki, onlar bu cür yalanı ictimailəşdirdiklərinə görə, hüquqi və mənəvi məsuliyyət daşımırlar" - deyə, Q.Salahzadə bildirir. 


 


Millət vəkili əlavə edir ki, QMİ sədrinin mətbuat konfransından sonra həm onun ünvanına ittihamların səsləndirilməsi, həm də Azərbaycanın terrorla hədələnməsi təsadüfi deyil: "Bunlar hamısı eyni mərkəzdən idarə olunurlar. Azərbaycanda da dövlətimizə qarşı qənim kəsilən qüvvələrə dəstək verənlər var. Unutmasınlar ki, Azərbaycan dünyəvi dövlətdir və onun güclü hakimiyyəti, ordusu, hüquq mühafizə orqanları var. Onların mənfur niyyətləri Azərbaycanda keçməyəcək".

Teqlər:
Bu xəbər cəmi 1315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR