Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə yenicə daxil olmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsində nəzərdə tutulur.
Belə ki, sahibkarlarda plan üzrə (növbəti) yoxlamaların aparılması tezliyi sahibkarın aid olduğu risk qrupundan asılı olacaq.
Hər risk qrupu üçün plan üzrə (növbəti) yoxlamaların aparılması tezliyi müəyyən ediləcək. Yoxlamaların intervalı qanunla müəyyən edilmiş tezlikdən çox ola bilməz.
Plan üzrə (növbəti) yoxlamalar müvafiq olaraq hər risk qrupu üçün müəyyən edilmiş tezlikdən artıq tezliklə aparıla bilməz.
Plan üzrə (növbəti) yoxlamalar bu tezliklə aparılacaq:
Yüksək risk qrupuna aid sahibkarlar ildə bir dəfədən çox olmayaraq;
Orta risk qrupuna aid sahibkarlar iki ildə bir dəfədən çox olmayaraq;
Aşağı risk qrupuna aid sahibkarlar üç ildə bir dəfədən çox olmayaraq.
Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə (növbəti) yoxlamaların aparılması tezliyi isə belə olacaq:
Yüksək risk qrupuna aid sahibkarlar 6 ayda bir dəfədən çox olmayaraq;
Orta risk qrupuna aid sahibkarlar ildə bir dəfədən çox olmayaraq;
Aşağı risk qrupuna aid sahibkarlar iki ildə bir dəfədən çox olmayaraq.
Əgər son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması faktları aşkar edilməyibsə və ya aşkar edilmiş pozuntular insanların həyat və (və ya sağlamlığı), əmlakı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratmırsa, həmin sahibkarda növbəti plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş tezlik 1,5 dəfə çoxaldılmaqla təyin edilir.
Qeyd edək ki, müvafiq qanun layihəsində risk qruplarının müəyyənləşdirilməsi meyarları da göstərilib.