Əvvəlki illə müqayisədə kompyuter və digər elektron avadanlıqlarının istehsalı 27,6% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 14,6% artıb.
İl ərzində 173 ədəd güc transformatoru, 6,7 min ədəd məişət soyuducusu, 24,4 min ədəd televizor istehsal edilib, əvvəlki illə müqayisədə məişət soyuducularının və televizorların istehsalı müvafiq olaraq 29% və 1,7% artıb.
2014-cu il yanvarın 1-nə müəssisələrin anbarlarında 21,2 milyon manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,4% qədər hazır məhsul ehtiyatı qalıb.