Sabah Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, yanvarın 29-da Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi proqnozlaşdırılır. Güclü şimal küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında yanvarın 29-da havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bu ərazilərdə yollar buz bağlayacaq. Şimal küləyi güclənəcək.
Aran rayonlarında yanvarın 29-da havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Departamentdən öncə Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Yanvarın son günlərində gözlənilən yağıntılı, küləkli hava şərtaiti, temperaturun günü-gündən enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.