Gün.Az xəbər verir ki, R.Arifoğlu “Azadlıq” qəzetinin onun barəsində dərc etdiyi növbəti tənqidi materiala münasibət bildirərkən, AXCP sədrinə sərt formada xəbərdarlıq edib:
“Bunlar reaksioner camiyədi. İçlərindəki kin-küdurət imkan vermir ki, sözlərini və özlərini tutsunlar. Əli Kərimlinin mənə olan qərəzi onu siyasətdə bitmə nöqtəsinə gətirib. Onda azca ağıl olsaydı, mənimlə düz dolanar, şər-şəbədə, böhtan atıb, özünü və çevrəsini bu qədər problemə salmazdı.
Uzun müddət ricada bulundum, yazdım, media vasitəsi ilə müraciət etdim, məni təhqir edən cəbhəçilərdən rəsmi şikayətdə bulundum... Hətta bəyan etdim ki, Əli Kərimlidən xarici ölkə səfirliklərinə şikayət edəcəyəm... Bütün bunlar ölkə ictimaiyyətinin xatirindədir. Lakin təsiri olmadı.
Bu səbəbdən də iplər qopma nöqtəsinə gəldi. İndi məni bu adama münasibətdə heç bir mənəvi sərhəd, hörmət və öhdəçilik bağlamır. Üstəlik, indi də məni yazarlarına, zombiçiklərə təhqir etdirir. Yazdırır ki, biz Əli Kərimlinin sayəsində ruzi qazanırıq...
Utanmaz adam, sən mənim əlimdən pul almısan; həm də bilirsən kimə və nəyə görə... İndi dönüb yazdırırsan ki, biz sənə görə ruzi qazanırıq. Sən kim olursan da, dəyərin nə ki, sənə görə kimsə para qazansın!”
Rauf Arifoğlu deyir ki, hansı zombi nə yazsa da, onun cavabı yalnız Əli Kərimliyə olacaq:
“Kimə nə yazdıracaqsa, oradakı ifadədən 10 dəfə daha kəskinini öz ünvanına alacaq. Mənim “ozaboçennıy” gədə-güdə ilə söz güləşdirmək fikrim yoxdur. Lakin ona son dəfə xəbərdarlıq edirəm, yaxşısı budur, dayansın və şər makinasını da saxlasın. Yoxsa onu bütün ölkəyə rəzil edəcəyəm. Artıq məni kimsə durduramayacaq”.