Bu barədə Nazirliyin Aparat rəhbəri Əjdər Ol məlumat verib.
Bildirib ki, nazirliyin yeni mətbuat katibi vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev icra edəcək.
Ə.Olun sözlərinə görə, E.Babayevin yeni vəzifəsi ilə bağlıbu gün əmr veriləcək.
Qeyd edək ki, 2012-ci ildən bu günə qədər bu vəzifəni İlham Məmmədov yerinə yetirirdi. O, bir neçə gün əvvəl vəzifəsindən istefa vermişdi.
Xatırladaq ki, Elman Babayev bu vəzifəyə qədər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən isəDövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.