2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.
2013-cü ildə traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz aşağıdır.