Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Nazir məqalədə bildirib ki, Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 2006-cı ildə 1 milyon 835 min nəfər idisə, 2013-cü ildə bu göstərici 3 milyon 950 min nəfərə çatıb.
O qeyd edib ki, bu illərdə dövlət büdcəsindən mədəniyyət və turizm obyektlərinin təmir-tikintisinə ayrılan vəsaitin həcmi 13 dəfə artıb:
“2006-2013-cü illərdə Azərbaycanda muzeylərin sayı 169-dan 217-yə, mehmanxanaların sayı 288-dən 516-ya, turizm şirkətlərinin sayı 245-ə çatıb” , -deyə nazirin məqaləsində qeyd olunub.