Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq

Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq


Hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir. Bu barədə İdarənin rəisi Aslan Aslanov bildirib. Şəhərin baş baytarının sözlərinə görə, şadlıq evləri, kafe, restoran, ictimai iaşə obyektlərinin əksəriyyəti həkim müayinəsindən keçmiş ətdən istifadə etməlidir. Həmin obyektlərə yalnız cəmdəyi 2 və ya 4 yerə bölünmüş, üzərində həkimin möhürü və müvafiq arayışı olan ət məhsulları daxil ola bilər: "Bu qərara məhəl qoymayan, tələblərə tabe olmayan hara olursa olsun, kim olursa olsun, haqqında tədbir görüləcək. Onlara xəbərdarlıq ediləcək, cərimələnəcək, ən sərt inzibati məsuliyyətə cəlb ediləcək, amma görsək ki, öhdəsindən gələ bilmirik, o zaman həmin obyektin bağlanması haqqında qərar qəbul ediləcək".



A.Aslanov qeyd edib ki, hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının əksəriyyəti əmrlə şəhərdəki obyektlərə ezam olunublar. Onlar dönərxana, restoran, kafe və bu qəbildən olan digər obyektlərdə, eləcə də ət məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrində sümükdən ayrılmış vəziyyətdə ət axtarırlar: "Hələlik indiyədək heç bir neqativ hal aşkarlanmayıb. Amma bir neçə gün bu qaydaları kobud şəkildə pozan ət tədarükü ilə məşğul iki obyektin cərimələnməsi və bağlanması haqqında qərar vermişik. Hətta oradakı heyvan ətini müsadirə edərək zooparka vermişik. Belə hallar olub. Hazırda bu istiqamətdə fəaliyyətimizi davam etdiririk". İdarə rəisi bildirib ki, gücləndirilmiş iş rejiminə keçid Xaçmaz rayonunda kütləvi şəkildə at və eşşək qalıqlarının aşkar edilməsi ilə bağlıdır: "Xaçmaz rayonunda at və eşşək cəsədləri tapıldıqdan sonra Bakı şəhərində hər hansı obyektdə neqativ hal olmayıb, amma biz bunu ehtimal edirik. Ola bilər ki, həmin heyvanların ətindən Bakıya da gətirilib. Bu həyəcan, ətin sümüksüz satılmasını qadağan edən qərarın verilməsi də məhz Xaçmazdakı hadisə ilə bağlıdır. Biz də işimizi güclü şəkildə qurmağa çalışırıq ki, hər hansı xoşagəlməz hal qeydə alınmasın". Trend


Teqlər:
Bu xəbər cəmi 1370 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR