Azərbaycan sinoptikləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, yanvarın 25-də gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da əıksər rayonlarda hava şəraitinin yağıntılı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədsə 4-6 dərəcə aşağı enəcəyi, yanvarın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərə kimi davam edəcək.
Yanvarın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində havanın tutulacağı proqnozlaşdırılır, şimal küləyi arabir güclənəcək.
Bakı və Abşeron yarımadasında yanvarın 25-da havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 5-7, axşama doğru 0-2 dərəcə isti təşkil edəcək. Gecəyə doğru hava yağıntılı keçəcək.
Azərbaycanın bölgələrində yanvarın 25-də bəzi şimal və şərq rayonlarında hava yağıntılı olacaq. Dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında yanvarın 25-də havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti proqnozlaşdırılır.