Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Göygöl şəhərinə içməli suyun verilməsinə başlanılıb

Göygöl şəhərinə içməli suyun verilməsinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Göygölə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.


Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə tərəqqisi yüksək templərlə davam edən müasir Azərbaycan zaman keçdikcə daha çox yeni nailiyyətlərin müəllifi kimi də tanınmaqdadır.



Dövlətin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial ehtiyaclarının diqqət mərkəzində saxlanılması, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Göygöl şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır.



Prezident İlham Əliyevə məlumat verildi ki, Göygöl şəhərinə çəkilmiş yeni su xətti layihəsinin icrası 3 mərhələdə aparılmışdır.



Birinci mərhələdə mənbəyi Murov dağının ətəyində olmaqla Kürəkçayın başlanğıcında yerüstü suların yığılması və süzülməsi üçün ümumi sahəsi 15 min kvadratmetr olan möhtəşəm hidrotexniki suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksi tikilmişdir.



Kompleksin layihə üzrə gücü saniyədə 132,5 litrdir. Bu qurğular kompleksinə infiltrasiya-drenaj qurğuları sahəsi, suqəbuledici qalereya, keçid məntəqəsi, transformator yarımstansiyası və mühafizə zonası daxildir. Qurğunun normal və fasiləsiz iş rejimini təmin etmək üçün 5 kilometr məsafədən dəmir-beton dirəklərlə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Suyun süzülərək təmizlənməsi üçün qurğuya müxtəlif fraksiyalı 41 min kubmetr qum-çınqıl materialı təbəqə-təbəqə yığılaraq təbii filtr qatı yaradılmışdır.



Kürəkçay mənbəyindən suyun əhaliyə çatdırılması üçün əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılmışdır.



Suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksindən su anbarlarına magistral xətt çəkilmişdir.



Dövlətimizin başçısına məlumat verildi ki, bu xətlə Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq təmiz içməli su ilə təmin ediləcəkdir. Qurğunun potensial gücü əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 29 min nəfər şəhər əhalisinin saniyədə 72 litr və 10 min nəfər kənd əhalisinin saniyədə 18 litr su ilə fasiləsiz tam təmin olunmasına imkan verəcəkdir.



Layihənin icrasının ikinci mərhələsində şəhərin müxtəlif yüksəkliklərində hər birinin tutumu 1000 kubmetr olan 6 su anbarı və suyun xlorlanması üçün qurğu, yerli “Sukanal” idarəsi üçün müasir cihaz və avadanlıqlarla təchiz edilmiş laboratoriya otaqları olan inzibati bina və istehsalat bazası tikilmişdir.



Burada suyun istehlakçılara normal çatdırılması üçün bütün operativ tədbirləri həyata keçirmək məqsədilə hər cür şərait yaradılmışdır. Bu mərhələdə şəhərdaxili su şəbəkəsində, anbarlar arasında, ev birləşmələrində boru xətləri çəkilmiş, bütün abunəçilərin evlərində smart tipli su sayğaclarının quraşdırılması nəzərdə tutulmuşdur.



Bundan başqa, şəhər kanalizasiya sistemində 134 min 555 poqonmetr uzunluqda kanalizasiya xətləri çəkilmiş, 1948 kanalizasiya quyusu və 4500 abunəçinin həyətinə ev baxış quyusu tikilmiş, 3 kanalizasiya nasos stansiyası inşa edilmişdir.



Bildirilmişdir ki, hazırda layihənin icrasının üçüncü mərhələsi çərçivəsində gün ərzində 5500 kubmetr çirkab su təmizləmək gücünə malik qurğular kompleksinin tikintisində və texnoloji avadanlıqların quraşdırılması prosesində tamamlama işləri gedir. Kompleks bu ilin birinci rübündə istismara təhvil veriləcəkdir.


Teqlər:
Bu xəbər cəmi 3065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR