Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Metro tunelinin tavan örtüyü gücləndirilir

Metro tunelinin tavan örtüyü gücləndirilir
Bakı Metropolitenin “Elmlər Akademiyası” stansiyasında yeni keçidin tikilməsi ilə əlaqədar platformada bərkidilmə işlərinə başlanılıb.


Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, Baki Dövlət Universitetinin qarşısında “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının inşası aparılır. Artıq piyada tunel maili formada qazılaraq stansiyanın platformasının üstünə kimi çatdırılıb. 



Hazırda sonuncu mərhələ işləri aparılır ki, bu da platformaya girişin təmin olunması üçündür. Bununla bağlı stansiyada hazırlıq işlərinə başlanılıb.



Məlumatda o da vurğulanıb ki, platformaya giriş-çıxışın təmin olunması ağır proses olduğundan mərhələ-mərhələ aparılacaq. Hazırda metronun “Həzi Aslanov” – “Dərnəgül” stansiyaları istiqamətində də tavanın sökülməsi gücləndirmə məqəsədi üçün aparılır.



Bütün bu işlərə baxmayaraq, stansiya hər gün öz qrafiki üzrə sərnişinlərin giriş-çıxışını təmin edəcək.



Qeyd edək ki, metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının inşası aparılır. 4 istiqamətə yönələcək çıxış həm də ərazidə keçid rolunu oynayacaq və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunacaq. Bəxtiyar Vahabzadə küçəsinə (keçmiş Firudin Ağayev küçəsi) 3 istiqamətdə çıxış olacaq.



Biri, Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşəcək.



Stansyiaya giriş-çıxış, habelə keçid kimi istismar olunmasının funksionallığı baxımından çox vacib addımdır.



Nəhayət, cari planda çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinə – Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşür. Hazırda bu keçidin tikintisi ilə əlaqədar işlər aparılır.


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR