Banklara geri ödənməyən kreditlərin həcmi 800 milyon manatı keçdikdən sonra kredit bazarında radikal adımlar atılır.
Bu dəfə də avtomobil kreditlərinə qadağa qoyulub. Əlaqə saxlanılan bir neçə bank məlumatı təsdiqləsə də, bu barədə müsahibə verməkdən çəkiniblər. Vəziyyəti maşın satışı ilə məşğul olan şəxslər də təsdiqləyiblər. Kreditlə satış dayandırıldığından bu ay alıcı, demək olar ki, olmayıb.
Ekspertlər hesab edirlər ki, maşın satışında kreditin ləğv olunması insanların avtomobilə əlçatanlığını azaldacaq.
Nəzərə alsaq ki, kreditlə satılan maşınların əksəriyyəti sığorta olunur, vəziyyət sığorta bazarına da mənfi təsir göstərəcək.
Ancaq ekspertlər avtomobil kreditlərinin dayandırılmasını təkcə problemli kreditlərlə əlaqələndirmirlər.
İqtisadçılar hesab edir ki, vəziyyət yaxın vaxtlarda maşın bazarında ucuzlaşmaya səbəb olacaq.