Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirin saxta diplom açıqlaması təşviş yaratdı

Nazirin saxta diplom açıqlaması təşviş yaratdı
Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta diplomdan biridir Təhsil naziri Mikayıl Cabbarovun "Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilib" açıqlaması bu işdə əli olanların dırnaqarası sakit həyatına narahatlıq gətirdi. Əslində ölkədə saxta diplom məsələsi çoxdan var idi. Lakin biri özündə güc tapıb, məsələni bu günkü kimi adı ilə çağırmamışdı. Necəki Mikayıl Cabbarov elədi. Mikayıl Cabbarovun açıqlamasının ardınca həmin saxta diplomların axtarışına çıxdıq. Konkret Gəncədəki araşdırmalar göstərib ki, ali məktəbi biliyi ilə qazana bilməyənlər, sonradan bu təhsil ocağından müəllim diplomu alıb və tədrisdə də yaxından iştirak ediblər. Məsələn Gəncənin 40 saylı orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi Lalə Həsəncanovanın diplomunun saxta olduğu üzə çıxıb. Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta diplomdan birdir. Bu gün Lalə Həsəncanova ilə telefon söhbətimizdən bəlli oldu ki, o, təhsil nazirliyinin aşkarladığı bu faktı məhkəmədə araşdırıb. Lalənin "qanuni yol" dediyini sonradan atası bizə başa saldı. Çünki Lalədən "2005-ci ildə universitetə hansı kod altında və neçə balla qəbul olmusan?" soruşanda "hamı necə, mən də elə" deməklə kifayətləndi. Atası isə övladının 2005-ci ildə özəl ali təhsil müəssisələrindən birinə, daxili qaydalarla qəbul olunduğunu sonradan isə Azərbaycan müəllimlər institutunun Gəncə filialına köçürüldüyünü deyir. Buranı bitirəndə isə dövlətin diplomuna yiyələnib. Lakin sonradan həmin diplomun saxta olduğu müəyyənləşib. Bəs saxta diplom nədir? Onu savadı ilə deyil, pulu ilə almaq istəyənlər necə əldə ediblər. Tələbənin təhsilinin sonunda əldə elədiyi diplom, ona təhsil nazirliyinin müvafiq seriyası ilə verilir. Etiraf edək ki,Tələbə Qəbulu üzrə dövlət Komissiyasının apardığı qəbul imtahanlarından kiminsə saxta yolla keçməsinə indi heç kim inanmaz. Bəs necə olur ki, Məleykə Abbaszadənin komissiyasından keçməyən, sonradan diplomlu vətəndaş olur? Deməli, burda saxtakarlığın ən adi formasından istifadə edirlər. Qəbul imtahanında keçid balını toplaya bilməyən məzun xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə köçürülürlər. Qəbul imtahanlarında keçid balı toplamayan gənc rüşvət verməklə rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurlar. Ən dəhşətlisi isə sonuncusudur. Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır. Gəncədə düz 207 belə fakt aşkarlanıb. Bu isə o deməkdir ki, eyni seriyalı diplomu iki nəfər daşıyır. Beləliklə, saxta diplomu rüşvətlə əldə edən vətəndaş həm də universiteti öz biliyi ilə qazanan digər vətəndaşın da haqqını pozmuş olur. Nazirlik hələlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Halbuki ekspertlər bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Saxta diplomlu müəllimlərin təhsilimizə verdiyi saxta bilik artıq başqa söhbətin mövzusudur. Amma bəs necə olub ki, 11 filialı olan Azərbaycan müəllimlər institutu bölgələrdəki bu saxtakarlıqlardan xəbərsiz olublar. Gəncə filialının 2000-ci ildən bu günə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb. Qafqazinfo

Teqlər:
Bu xəbər cəmi 2205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR