Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytenant Kamran Əliyevin sözlərinə görə, 2014-cü ildə Baş İdarənin rəsmi saytında yeni elektron xidmət haqqında məlumat yerləşdirilib.
Burada dövlət nömrə nişanlarının rəqəmlər və hərflərdən ibarət kombinasiyası haqqında informasiyanı onlayn şəkildə almaq mümkün olacaq. Bu xidmət vasitəsilə avtomobil sahibləri müvafiq dövlət rüsumunu ödəyərək onları maraqlandıran rəqəm və hərf kombinasiyasını internet vasitəsilə sifariş verə biləcək.
Güman olunur ki, dövlət rüsumunu ödəmək üçün terminallar yol polisinin inzibati binasında yerləşdiriləcək.
“Sistemin işə düşməsinin dəqiq tarixi məlum deyil. Onun yaradılması texniki məsələdir və bununla informasiya texnologiyaları üzrə mütəxəssislər məşqul olur” – deyə şöbə müdiri qeyd edib.
Xatırladaq ki, daha əvvəl “gözəl” nömrələr üçün aşağıdakı tariflər müəyyən olunmuşdu.
Dövlət nömrələrində rəqəm kombinasiyaları
|
Dövlət rüsumunun məbləği
|
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
|
1500 AZN
|
2500 AZN
|
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
|
1000 AZN
|
1500 AZN
|
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
|
500 AZN
|
1000 AZN
|
Digər dövlət nömrə nişanlarının verilməsində müəyyən olunmuş məbləğ 18 AZN-dir.