Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, bu həftə ərzində daha çox müraciət dəm qazından zəhərlənmə ilə bağlı olub.
“Bu həftə ərzində dəm qazından zəhərlənmə ilə bağlı təcili yardıma 85 müraciət daxil olub. Onlardan 61-i xəstəxanaya yerləşdirilib, 24 nəfərinə isə evdə ilk yardım göstərilib”.
Baş həkim bildirib ki, bu həftə ərzində həmçinin avtoqəzalar da az olmayıb:
“Belə ki, avtoqəza ilə bağlı bizə 32 çağırış daxil olub”.
İntihar hadisələrinə gəlincə isə Z.Vahidova bildirib ki, dünən Bakıda 2 intihar hadisəsi olub.