Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fevraldan yeni tariflər: Suyun və işığın qiyməti qalxır

Fevraldan yeni tariflər: Suyun və işığın qiyməti qalxır


Fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq.



Bu barədə musavat.com-un aldığı məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır. Mənbənin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30 qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir.



Tarif Şurasının bu məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir. “Azərsu” rəsmiləri yanacağın bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin icrasının mümkünsüz olduğunu bildiriblər.



Məlumatlı mənbə paytaxtın içməli su ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də əsas arqumentlərdən biri olduğunu vurğuladı.



Alınan başqa bir informasiyaya görə, parallel olaraq “Azərenerji”nin də Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də bahalaşma gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR