Onlardan 36-sı qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi ilə bağlı, 319-u dövriyyəsi ilə bağlı və 18-i surət olmaqla lisenziya verilib, 192950,0 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmiş, 13 lisenziyanın fəaliyyəti dayandırılıb.
2013-cü ilin müvafiq dövrü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 48 yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilmiş və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənmiş və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 232 434 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
2013-cü ildə yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 43 qərar çıxarılıb və ümumilikdə 36 600,0 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Ümumilikdə 2013-cü ildə 29 800,00 manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2013-cü ildə isə 151 518,4 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə 1 722 268,4 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.