Belə ki, o, kitabxanasında nə az nə çox 2 minə yaxın qədim əlyazmalar müxtəlif əsrlərdə çap olunan kitablar saxlayır.Ruslan dayı deyir ki bu yaxınlarda yaş 300 il olan kitab tapıb ki orada da astronomıya, cəbir və həndəsəyə aid maraqlı məlumatlar var: "Kitabda ən maraqlı yer bu cəbirə aid hesablamalardı. Burada hesablamalar necə aparılırıldığını göstərir. Kitabın ikinci bölümü həndəsi eliminə aiddir. Həndəsi füqurlar bu şəkildə bağlanıb. Günəş tutulması ayın tutulmasıda göstərilib".
Ruslan Məmmədovun kitabxanasında Əssar Təbrizinin "Mehr və Müştəri" əlyazmasının 420, İmam Birqivinin "Risaləsinin şərhi" əlyazmasının 290, S.Ə.Şirvaninin "İbtidai qəzəliyyat" 100 yaşı olan kitablara da rast gəlinir: "Bu kitabların yanındada digər ədəbiyyata aid Leyli məcnun var.117 il əvvəl nəşr olunmuşudu. Ən qədim kitabımın 722 yaş var. Bu kitab bəhavi təfsiri gedir. Quranın təfsiridir".
Qeyd edək ki, Ruslan Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldu. Ruslan Məmmədov qədim kitabları, əskinaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan topladığını bildirdi.