Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarovun yeni biznesi – FOTO

Mikayıl Cabbarovun yeni biznesi – FOTO
Mikayıl Cabbarovun məktəblərində “təyyarə yeməkləri”


Təhsil Nazirliyinin (TN) yeni rəhbərliyi orta məktəblərlə  bağlı qeyri-adi qərar verib. Belə ki, məktəb bufetlərindəki ənənəvi kökə və şirniyyatları “təyyarə yeməyi” deyilən qidalar əvəzləyəcək.

Yəni azyaşlı uşaqları bundan sonra təyyarədə olduğu kimi “fərdi konteynerlər”dəki (ayrıca qablardakı) hazır yeməklərlə təchiz edəcəklər. Bu yeməkləri xüsusi kombinatlarda hazırlayıb qablaşdıracaqlar. Onları məktəb bufetlərində sadəcə qızdırmaq lazım gələcək.



Təhsil Nazirliyi məmurlarının fikrincə, bütün bunlar məktəblərdə ictimai iaşə xidmətinə mərkəzləşdirilmiş qaydada nəzarət etmək imkanı verəcək. Əsas məqsəd də məktəblilərin sağlamlığının qayğısına qalmaq imiş...

Azərbaycansayağı tender

Maraqlıdır ki, bu sahədə dövlət standartının 2013-cü ilin sentyabrından tətbiqinə dair müvafiq sənəd də qəbul olunub. Bu islahatın məqsədi zahirən xoşməramlıdır - yeməklərin keyfiyyətini yaxşılaşdırmaq, bu sahədəki oğurluq və mənimsəmə hallarının qarşısını almaq...

Əvvəlcə belə nəzərdə tutulubmuş ki, məktəb bufetləri üçün qidaları eyni bir müəssisə, mərkəzləşdirilmiş kombinat hazırlasın. Yeməklərin hazırlanması prosesi də (ərzaqların alınmasından yeməklərin hazırlanmasına qədər hər iş) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) laboratoriyasının ciddi nəzarəti altında aparılsın.Hərçənd ki, SMPDK-dan bildiriblər ki, onlarda məktəblərdə yeni qidaların üzvi qiymətləndirməsinin və yoxlanmasının həyata keçiriləcəyinə dair heç bir məlumat yoxdur.

Bütövlükdə kağız üzərində hər şey çox gözəl, sanki lüks restorandakı kimi görünür. Hər məktəbli yeməyi masaya çini qabda, xüsusi sinidə verilir. Onların yanına gümüş çəngəl-bıçaq qoyulur və s.

Bütün bunları eyni bir kombinat həyata keçirməli idi. O kombinat da nazirliyin nəzarətində olmalı idi (məsələnin bütün məğzi də buradadır).

Amma Bakının demək olar ki, bütün məktəblərinin ötən ildən iştirak etdiyi eksperimentlər zamanı TN-in planları dəyişib. Bakı məktəbləri şagirdlərini səhər və nahar yeməkləri ilə təchiz edən iki şirkət nədənsə eyni vaxtda peyda olub. Tezliklə isə onlara biri də qoşulub. Özü də bu, xarici şirkətdir. Məlumatlı mənbələrin virtualaz.org saytına verdiyi xəbərə görə, söhbət hansısa türk şirkətindən gedir. Bunu hakimiyyətə yaxın digər saytlar da təsdiqləyib. Şirkətin adı hələ gizli saxlanılır. Görünür, onunla anlaşma hələ tam dəqiqləşməyib. Mümkündür ki, bu işə qoşulmağa hazır olan digər namizəd-şirkətlər də var.



Lakin onu dəqiqləşdirmək mümkün olub ki, adı gizli saxlanılan bu türk şirkəti istisnasız olaraq yalnız bizim SMPDK-nın müəyyənləşdirdiyi standartlar əsasında işləyir. Belə çıxır ki, Azərbaycan bazarı həmin şirkət üçün yeni deyil. Bu türk şirkəti haqda hələlik nə yaxşılığına, nə də pisliyinə bir söz demək mümkün deyil.



TN-dən deyirlər ki, onların bu məsələ ilə bağlı heç kimlə sazişi yoxdur. TN bu şirkətlərin fəaliyyəti haqda informasiyaları təqdim etməkdən imtina etdi.



Belədə sual yaranır: TN tender keçirməyi barədə niyə elan verməyib? Tender olubmu? Olubsa, orada neçə şirkət iştirak edib? Üstünlük hansı şirkətlərə və hansı əsaslarla verilib?



Təhsil Nazirliyi susur

TN-dən bu sualların heç birinə cavab verilmədi. Nazirliyin əməkdaşları hər hansı şərh verməkdən yayınaraq yalnız onu bildirdilər ki, TN yaxın günlərdə xüsusi press-reliz yayaraq zəruri informasiyaları açıqlayacaq.



“Sky Catering” və...

Maraqlıdır, bəs nəzarət işi necə olacaq? Bu iş də iki, hətta üç şirkət arasında bölünəcəkmi? Yemək varsa, deməli, onu kimsə hazırlayır. Bakı məktəbliləri yediklərini kimin hazırladığını biləcəklərmi? Təsəvvür edin ki, nəsə yeyirsən, amma onun nə olduğunu bilmirsən. Övladın məktəbdə hansısa sirli istehsalçının bişirdiyini yeyir və sən bu barədə heç nə bilmirsən...



Növbəti dərs ilinin əvvəlindən Bakıda bütün məktəblər  bu “təyyarə yeməyi”nə keçəcəklər.

Demokratiya.info bildirir ki,bu barədə “Sky Catering” şirkətinin mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumata görə, məktəblilər üçün “təyyarə yeməyi”nin hazırlanması ilə bu şirkət məşğul olacaq. Şirkətdən təsdiqləyiblər ki, onlar TN-dən artıq müvafiq sifariş alıblar. Nazirlik bunu inkar etsə də...



“Sky Catering” 1997-ci ildə yaradılıb və faktiki olaraq AZAL-a bağlı şirkətdir. Şirkət Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərova məxsusdur. Görünür, cənab Səfərova şirkətinin məhsullarının vaxtaşırı olaraq aviasərnişinlər tərəfindən yeyilməsi azlıq edir və indi o, ölkənin faktiki olaraq bütün azyaşlı əhalisini öz müştərilərinə çevirmək istəyir.



“Sky Catering” şirkətindən dedilər ki, “Bayram Səfərov üç il əvvəl şirkəti tərk edib”.



Bizim informasiyamıza görə, B.Səfərov şirkəti tərk etsə də onun fəaliyyətinə bilavasitə bağlılığı qalır.



Məktəb yeməkxanalarının yeməklə təchizatı üçün bağlanan müqavilənin həcminin on milyonlarla manat olacağına şübhə yoxdur. “Təyyarə yeməkləri” ucuz deyil. Bu yağlı tikəni təhsil naziri Mikayıl Cabbarovun komandasının həmişə fəxrlı dediyi kimi, “açıq və şəffaf tenderlə” almayıblar.



Bakı məktəblərini B.Səfərova ona görə veriblər ki, o, müxtəlif dövlət strukturlarının yüksək çinli məmurlarına yaxındır. Təhsil nazirinin özü Səfərovun müavini Orxan Əkbərovun dostudur. Həmin müavin AzTV direktoru Arif Alışanovun kürəkənidir.



Heç bir tenderin keçirilməməsi dərdin yarısıdır, daha betəri odur ki, ötən təhsil ilində Bakı məktəblərinin şagirdlərinə sınaq üçün verilən yeməklər normativlərdən iki dəfə az olub. Təbii ki, bütün sənədlərdə hər şey qaydasındadır, yəni uşaqları necə lazımsa yedirdiblər. Uşaqlar AZAL yeməklərindən yeyəndən sonra ac qaldıqlarını desələr, onlara kim inanacaq?



“Məktəb qastriti”



İndi nə vaxtsa təyyarədə uçmayan az adam tapmaq olar. Bizdə isə aviaşirkət bir dənədir - AZAL. Deməli, bu şirkətin reyslərində sərnişinlərə necə yeməklər verildiyini də bilməyən azdır. Məhz bu təyyarə yeməkləri bundan sonra məktəblərə də veriləcək. AZAL-ın dadlı qulyaş və kotletlərini xatırlayırsınız? İndi bütün bu “delikateslər”i bizim uşaqlar da yeyə biləcəklər.



Təchizatçı firma təbii ki, buna qədər də büdcədən dəfələrlə pul alıb. Lakin biz bundan o qədər də narahat olmamışıq. Bəyəm bizdə kapitalını büdcə vəsaitlərini talan etmək yolu ilə qazanan milyonçular azdır? Ancaq indi söhbət uşaqlardan gedir və “Sky Catering” şirkətinin məktəbləri keyfiyyətli qida ilə təchiz edəcəyinə kim təminat verir? Əgər kimsə ayda bir dəfə də təyyarə ilə uçursa, həmin kotletləri və naməlum mənşəyə, dada malik omletləri yeməsə də olar. Bir neçə saat ac qalmaq təhlükəli deyil. Ancaq uşaq məktəbə hər gün gedir və hər gün dərsarası ona nəsə yemək lazım olur. O zaman uşaqlarda erkən yaşda qastritin yaranmasının qarşısını necə alacağıq?



Ekspertizanı kim keçirəcək? 



Digər məsələ də narahatlıq doğurur: məktəblərə veriləcək yeməkləri kim ekspertizadan keçirəcək? Xüsusən də ona görə ki, “təyyarə yeməkləri” xoş dadına baxmayaraq təhlükəsizliyi sual doğuran, tərkibinə məhsulun uzun müddət xarab olmaması üçün konsentratlar qatılan ərzaqlardan hazırlanır.

Hətta texnoloqlar da təsdiq edir ki, müasir kulinariyada da saxlanma məsələsini həll etmək çətin deyil. Fastfud tipli yeməklərin tərkibinə dad gücləndirici maddələr vurulur. Alimlər isə bu maddələrin təhlükəli olduğu haqda xəbərdarlıq edir. Dad gücləndiricilər istənilən adamın beyninə təsir edir, uşaqlara gəldikdə isə belə maddələr narkotik kimi asılılıq yaradır, təbii dad komponentlərinə olan həssaslığı azaldır.



Təyyarə ilə uçuşların təcrübəsi göstərir ki, sərnişinlərə verilən yeməklərin bütün standartlara cavab verdiyi deyilsə də onları daha çox məcburiyyətdən yeməli oluruq. Məktəblilər isə belə yeməyi həftədə altı dəfə, ildə doqquz ay yemək məcburiyyətində qalacaqlar. O zaman hansı sağlam nəsildən söhbət gedə bilər? Doğrudan da bu yeməklər qorxulu deyilsə, o zaman valideynlərə məlumat versinlər görək bu yeməklərin tərkibində hansı maddələr var.

Hələlik məmurlardan və məktəb direktorlarından, o cümlədən Təhsil Nazirliyindən məsələ ilə bağlı inandırıcı cavab almaq mümkün olmur. Bu da narahatlığı daha da artırır.

Məktəblərdə yemək məsələsi onsuz da yaxşı deyildi. Lakin indiyədək valideynlər və məktəb direktorlarının vəziyyətə hansısa müdaxilə imkanları var idi. İndi hər şey müstəsna olaraq yuxarıda həll olunur, özü də nəzarətsiz.

Aydındır ki, məktəb yeməkləri sahəsində inhisar məktəb yeməkxanalarının və bufetlərinin menyüsünü yaxşılaşdırmayacaq. Yeməklərin təchizatçısının seçilməsində hökmən uşaqların özlərinin və valideynlərin də fikirlərini nəzərə almaq lazım idi.

Beləliklə, baxaq görək nazir Mikayıl Cabbarovun bu yeniliyi nəyə aparıb çıxaracaq. Hələlik isə valideynlərə məsləhət görərdik ki, uşaqlarını məktəbə göndərəndə onların çantasında evdə bişmiş kotletlər, pirojnalar və bulkalar, yaxud sadəcə olaraq buterbrodlar qoysunlar. Həm təhlükəsizdir, həm də dadlı...


Teqlər:
Bu xəbər cəmi 1945 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR