Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ARDNŞ-də şöbə rəislərinin xidməti maşınları alındı

ARDNŞ-də şöbə rəislərinin xidməti maşınları alındı
““Azəriqaz” da daxil olmaqla Dövlət Neft Şirkətinin idarə və müəssisələrində şöbə rəislərinin xidməti maşınları geri alınıb”.


Bu barədə virtualaz.org saytına “Azəriqaz”da çalışan bir qrup sürücü tərəfindən məlumat verilib.



Məlumatda qeyd olunur ki, ARDNŞ rəhbərliyinin göstərişi ilə bütün şöbələrin xidməti maşınları qarajlara göndərilib: “Maşınların geri alınması ilə bağlı rəsmi açıqlama verilmir. Biz hər gün işə gedib gözləyirik. İdarə rəisləri isə öz şəxsi maşınları ilə işə gəlib-gedirlər”.



Bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da təsdiqlədi. O, açıqlamasında bildirdi ki, ARDNŞ xidməti maşınlara hər il milyonlarla manat sərf edir: “ARDNŞ-ə tabe idarə və müəssisələrdə hər şöbə rəisinin xidməti maşını var. Şirkət yüzlərlə bahalı maşının saxlanılmasına, yanacağa pul sərf edir. Hətta elə şöbə rəisləri var ki, tabeliyində iki xidməti maşın var. Bu maşınların biri özünün, o biri isə ailəsinin xidmətində olur. Zavodlarda arxiv müdirlərinin, sex rəislərinin belə xidməti maşını var. Təkrar yada salıram, xidməti maşınların hamısı bahalı markalardır. Dənizdə çalışan idarə rəislərinin də həm dənizdə, həm də quruda xidməti maşınları var. İdarə rəisləri dənizdə olanda qurudakı maşın ailəsinin tabeliyində olur. Halbuki SSRİ vaxtında neft sektorunda heç bir şöbə rəisinin xidməti maşını olmazdı. O zaman belə şeylər izafi xərc sayılırdı”.



Hüquq müdafiəçisi dedi ki, xidməti maşınların geri alınması ARDNŞ-in Nəqliyyat İdarəsinin ləğvi xəbərini təsdiqləyir: “Nəqliyyat İdarəsi şirkətin əsas yüküdür. Buna görə də idarənin ləğv edilməsi təklif olunur. Xidməti maşınların geri alınması nəticəsində əmək haqlarını artırmaq mümkündür”.



M.Qəhrəmanlı “Azəriqaz”ın tabeliyində olan qaz qəza xidmətinin də şirkətin tabeliyindən çıxarılacağını qeyd etdi: “Dəyişiklik yalnız Nəqliyyat İdarəsində olmayacaq. “Azəriqaz”la bağlı əsaslı dəyişiklik gözlənilir. İstehsalat Birliyinin tabeliyindəki qaz-qəza xidmətinin ləğvi də bu sıradandır. Bu qurum “Azəriqaz”ın tabeliyindən alınıb Fövqəladə Hallar Nazirliyinə verilməlidir”.



Bu məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidmətinin rəisi Nizaməddin Quliyevin münasibətini öyrəndik. Mətbuat xidmətinin rəhbəri açıqlamasında bildirdi ki, onlarda şöbə rəislərinin xidməti maşınlarının geri alınması ilə bağlı məlumat yoxdur: “Bu məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənin”.



O ki qaldı ARDNŞ Nəqliyyat İdarəsinin ləğvinə, N.Quliyev bunun mümkün olmadığını dedi: “Nəqliyyat İdarəsinə yeni rəsi təyin olunub. Elçin İbrahimov əvvəllər idarədə rəis müavini çalışıb. Ləğv olunacaq idarəyə rəis təyin etməzlər ki...”



“Azəriqaz”ın mətbuat xidmətinin rəisi Araz Ağayev də xidməti maşınların geri alınması məsələsindən məlumatsız olduğunu dedi: “Amma inanmıram ki, xidməti maşınlar geri alınsın”. 


Teqlər:
Bu xəbər cəmi 1835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR